Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana südündən hazırlanan dondurmalar ziyanlıdır

Londonda "Baby Gaga" dondurmalarının satışına qadağa qoyulub.

Londonda ana südündən hazırlanan dondurmaların - "Baby Gaga"nın satışı dayandırılıb. "Daily Telegraph"ın məlumatına görə, dondurmanın satışının dayandırılması haqqında qərar şəhər meriyasına daxil olan iki şikayətdən sonra verilib. İngiltərənin qida standartı (Food Standards Agency) və sağlamlığın mühafizəsi üzrə agentliyi (Health Protection Agency) təhlükə barədə xəbərdarlıq edib. "Başqa insanın orqanizmdəki mayedən hazırlanan qida məhsulu onu qəbul edənin orqanizmində virus xəstəliklərinə, o cümlədən hepatitə yoluxmasına gətirib çıxara bilər".

Dondurma satılan kafenin sahibi Mett О'Konnor isə süd verən anaların donor kimi yoxlamadan keçdiyini bildirib.

Qeyd edək ki, "Baby Gaga" dondurması kifayət qədər baha (23 dollar) olsa da, onun dadına baxmaq istəyənlərin sayı da çox idi. Unikal delikates sayılan dondurmanın tərkibində ana südündən əlavə Madaqaskar vanili və sedra (qurudulmuş limon və ya portağal qabığı) olub.


Tarix: 21.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Qidalanma və Dieta
loading...