Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göbələkli Kartof Şorbası..

MATERİAL SİYAHISI:

1 kartof
1 kasa göbələk
1 soğan
2 diş sarımsaq
2 şorba q. Un
2 şorba q. Kərə yağı
1 su s. Süd
Duru yağ
Duz
Su

İÇİ:

Kartofu və göbələyi kub şəklində doğrayırıq. Soğanı və sarımsağı yeməli doğrayırıq. Qazana duru yağ tökürük və soğanla sarımsağı qovururuq. Kartofu və göbələyi əlavə edirik və qovurmaya davam edirik. İsti suyunu veririk.

Duzunu da atıb qaynamağa qoyuruq. Ayrı bir qazana kərə yağını və unu qoyub qovururuq. Unun iyi çıxanda soyuq südü töküb konsistensiyanı açırıq. Bir az da soyuq su tökürük. Digər qazanda pörtmüş tərəvəzləri suyla birlikdə şorba qazanına köçürürük və bişməyə qoyuruq.


Tarix: 23.01.2015 / 16:25 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Şorbalar ve Helimler
loading...