Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2 Rəngli Qurabiyə

Ərzaqlar
3 Yumurta,
250 gr margarın (1 paket)
1 st. şəkər tozu (kirşanı da olar)
1 x/q dan biraz çox kakao
1 paket qabartma tozu
3-3.5 st un (“kulak memesi” yumşaqlığında xəmir alınanacan)
Hazırlanması

2 Yumurtanın sarısını və 1 yumurtanın ağını, şəkər tozunu qəşəngcə çalırıq mixerlə, pesok tamam əriyir.
Margarini əridib qaba qatırıq və mixerlə çalmağa davam edirik.
Unu və qabartma tozunu ələkdən keçiririk, stakan-stakan bayaqki qarışığa əlavə etdikcə yoğururuq, yumşaq xəmir alınır.
Xəmiri bərabər iki hissəyə ayırırıq, bir hissəsinə kakao qatıb yoğururuq.
Sadə xəmiri oxlovla açırıq, kakaolu xəmiri də eyni qalınlıqda(orta qalınlıqda olmalıdırlar, nazik yox) açıb üst-üstə qoyub bir dəfə üstündən oxlov gəzdiririk.
Xəmiri rulet formasında bükürük.
Rulet çox qalın olmamalıdır.
35-40 dəq. ruleti soyuducuda saxlayın.
Sonra bıçaqla 1 barmaq qalınlığında ruleti dilimləyin.
Duxovkanı biraz əvvəlcədən 180dərəcədə isitmək lazımdır ki, yayılmasın qurabiyələr.
Təxminən 10 dəq bişirin.
Nuş Olsun!


Tarix: 26.12.2014 / 18:34 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Şirniyyatlar
loading...