Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ədvalı Bananlı-Qozlu Keks

Əlinizin altında yumuşalmış banan varsa, və onu artıq yeyən yoxdursa, mütləq bu keksi sınaqdan keçirin. Bir qədər nəm və sıx olan bu keksə ədvalar xüsusi dad əlavə edir, içərisinə yeridilən qozlu-darçınlı iç isə keksi daha da zəngilləşdirir. Çaya da, kofeyə də yaraşır.
Asan hazırlanan keksdir. Heç mikserə gərək də yoxdur.

Ədvalı Bananlı-Qozlu Keks
Lisa Yockelsonun ”Baking by Flavor” kitabından adaptə edilmişdir

Bir ədəd ölçüsü 22 cm x 12 sm olan keks (kərpic forması) üçün

Qeyd – burada gördüyünüz 3/4 və buna bənzər rəqəmli ölçülər 3dən 4də qədər demək deyil, dörtdə üç deməkdir. Xahiş edirəm bunu nəzərə alaraq digər rəqəmli ölçüləri də özünüz hesablayasınız. Məsəl üçün 1/2 ikidə bir, yəni yarım deməkdir.

Darçınlı Qozlu İç Üçün:
3/4 stəkan xırda-xırda (amma çox xırda deyil) doğranmış qoz
1 xörək qaşığı açıq rəng qəhvəyi şəkər tozu
3/4 çay qaşığı darçın

Ədvalı Bananlı Keks Qarışığı Üçün:
2 stəkan (300 qram) un
1 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 çay qaşığı darçın
3/4 çay qaşığı yel cevizi tozu (muskatniy orex)
1/4 çay qaşığı zəncəfil tozu
1/8 çay qaşığı mixək tozu
115 qram duzsuz kərə yağı – əridib soyudun
2/3 stəkan + plus 2 xörək qaşığı şəkər tozu
2 ədəd iri yumurta
1 + 1/2 stəkan əzilmiş yetişmiş banan (püre kimi əzin)
1 + 1/2 çay qaşığı xalis vanil ekstraktı
3/4 stəkan doğranmış qoz ləpəsi

Lazım Olan Mətbəx Ləvazimatı:
22 x 12 x 7 sm-lik kərpic keks forması


Hazırnanma Qaydası:

Sobanı 175C-dək qızdırın. Keks formasının dibini və kənarlarını azacıq yağlayın. Üstünə un səpin. Kənara qoyun.

Darçınlı-qozlu içi hazırlayın: Bunun üçün qoz, qəhvəyi şəkər və darçını bir kasada qarışdırın. Kənara qoyun.

Ədvalı-bananlı keks qarışığını hazırlayın: İri qabda un, qabartma tozu, duz, darçın, yel cevizi, zəncəfil və mixəyi qarışdırın. Ayrı qabda əridilmiş yağı, şəkər tozu, yumurta, əzilmiş banan və vanil ekstraktını qarışdırın (mikser gərəkmir). Bu qarışığı unlu qarışığa əlavə edin. Buraya qozu da əlavə edib, qarışdırın. Hazır kütlədə un lopaları qalmamalıdır.

İndi isə alınan kütlənin yarısından bir az çoxunu hazırladığınız keks formasına yayın. Ortasında təxminən 3 mm dərinlikdə “səngər ” açın. Hazırladığınız darçınlı-qozlu içi buraya yayın. Geri qalan bananlı keks qarışığını için üstünə töküb yayın. Nazik bıçaqla keksi 5-6 dəfə yüngülvari qarışdırın ki, qozlu iç keksə yeridilsin. Diqqət! Bu zaman bıçaq keksin kənarları və dibinə dəyməməlidir!

Keksi 55 dəqiqə ərzində, və yaxud şişənə kimi bişirin. Hazır keksin ortasına kibrit batırıb çıxartdığınızda, kibrit təmiz və üstündə bir neçə nəm qırıntı olaraq çıxmalıdır. Keksi formada 5-6 dəqiqə soyudun, sonra isə tamamilə soyuması üçün formadan çıxardın. Keksin yumuşaq olması və dadların bir-birini daha yaxşı tutması üçün, onu iri mətbəx streçinə bükün və 3 saatlıq kənara qoyun. Dilimləyib süfrəyə verin.


Tarix: 09.12.2012 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 520 Bölmə: Şirniyyatlar
loading...