Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokoladlı qızıl güllər peçenyesi

Ərzaqlar:

Xəmir 60 ədəd peçenye üçün nəzərdə tutulub

Xəmir üçün:

300 qram kərə yağı

3 stəkan un

3/4 stəkan xama

1-1,5 ç.q. xəmir yumşaldıcı

Şokoladlı xəmir üçün:

100 qram kərə yağı

1 stəkan şəkər tozu

1 stəkan un

2 x.q. kakao

1-2 x.q. qoz ləpəsi

darçın


Hazırlanma qaydası:

Əvvəl açıq rəngli xəmiri hazırlayın. Ələkdən keçirilmiş unun üzərinə yumşaldılmış kərə yağını xırda- xırda doğrayıb, əlavə edin. Sonra bıçaqla yağı əzərək, qarışdırın.

Xamaya yumşaldıcı əlavə edib, qarışdırın. Sonra unla kərə yağın qarışığına əlavə edib, xəmir yoğurun. Xəmiri xüsusi ərzaq üçün nəzərdə tutulan nazik şəffaf kağıza büküb, 40 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Bu qayda ilə şokoladlı xəmiri də hazırlayın. Qoz ləpəsini blenderdən keçirin. Xəmirin üzərinə şəkər tozu, kakao, ovulmuş qoz ləpəsi, darçın əlavə edib, qarışdırın. Xəmir unlu ovuntu kimi olmalıdır.

Soyudulmuş açıq rəngli xəmiri 4 eyni olan hissəyə bölün. Xəmirin hər hissəni ayrılıqda yayıb, üzərinə şokoladlı xəmiri səpin. Çalışın, əlinizlə şokoladlı xəmiri basaraq əzin ki, açıq rəngli xəmirə yapışsın. Sonra bərk, tarıma çəkilmiş rulet formasında bükün. Alınmış ruleti eninə 1 sm qalınlığında kəsin. Kəsilmiş xırda ruletləri bir az su ilə çilənmiş listdə, bir-birindən aralı olaraq düzün. 180-190 dərəcə qızdırlmış sobada 10-15 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 09.12.2012 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 327 Bölmə: Şirniyyatlar
loading...