Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Kərimov

Kərimov Yusif Abbas oğlu - nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975).[Mənbə göstərin]Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur.

Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957-1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964-1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) işləmişdir.

Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir (1978-1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981-1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləmişdir.

Hazırda İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsində çalışır (2001-ci ildən). Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) seçilmişdir. ÜİLKGİ-nin XIX, XX qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan LKGİ MK-nın büro üzvü seçilmişdir (1982-1991).

Hazırda Azərbaycan Gənclər İttifaqının büro üzvüdür (1991-ci ildən). Azərbaycan gənclərinin rəsmi nümayəndə heyəti tərkibində keçmiş Yuqoslaviya Federativ Sosialist Respublikasında olmuşdur (1982). Avropa və Şərq ölkələrinə rəsmi səfərlər etmişdir (1980-1990).

Azərbaycan nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanında Məkkə və Mədinə ziyarətgahında olmuşdur (1992).

Əsərləri
1. Yollar... Axtarışlar... Bakı: Gənclik, 1969, 86 səh.
2. Bir buta gül. Bakı: Gənclik, 1972, 48 səh.
3. Tavridada şimşək çaxır. Bakı: Gənclik, 1977, 223 səh.
4. Üçbucaq. Bakı: Gənclik, 1979, 275 səh.
5. Gün ötər, geri dönməz. Bakı: Gənclik, 1984, 375 səh.
6. Qırmızı sahil. Bakı: Yazıçı, 1988, 395 səh.
7. Lalə və kəpənək. Bakı: Gənclik, 1994, 20 səh.
8. Pərişan eşqim. Bakı: Zaman, 1998, 504 səh.
9. İtkilər və ümidlər. Bakı: Şans, 1999, 706 səh.
10.İçimə açılan pəncərə. Bakı: Elm və həyat, 2003, 220 səh.
11.Qarabağ şikəstəsi. Bakı: Azərbaycan, 2003, 223 səh.

Filmoqrafiya
Torpağın mahnısı (film, 1980)
Mətbuat fədaisi (film, 2007)


Tarix: 20.01.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 385 Bölmə: Şairlər və Yazıçılar
loading...