Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vasif Quliyev

Quliyev Vasif Xosrov oğlu - publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989).[Mənbə göstərin]

Həyatı

Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969-1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı-çilingər kimi başlamışdır (1971-1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974-1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977-1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982-1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur.

Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır. "Ulduz", "Qobustan", "Müxbir" jurnallarında və qəzetlərdə publisist məqalələrlə çıxış etmişdir.

Əsərləri
1.Ucalığa gedən yol. Bakı: Gənclik, 1988, 88 səh.
2.Maarif fədaisi. Bakı: Gənclik, 1992, 72 səh.
3.Enək İsa bulağına. Bakı: Gənclik, 1993, 184 səh.
4.Əgər Şuşalısansa. Bakı: Şuşa, 1996, 184 səh.
5.Vətən bağı al-əlvandır. Bakı: Şuşa, 1998, 184 səh.
6.Dünənə uzanan cığır. Bakı: Şuşa, 2000, 160 səh.
7.Ən yaxşı dost. Bakı: Şuşa, 2001, 336 səh.
8.Ötən günlərimi qaytaraydılar. Bakı: Şuşa, 2001, 400 səh.
9.Mənim babam kim olub? Bakı: Şuşa, 2001, 400 səh.

Tərcümələri

(rus dilindən):
1.Afrika nağılları. Bakı: Gənclik, 1988,
2.Qular Q. Mafiya tarixi. Bakı: Şuşa, 1993
3.Veliçko B. Qafqaz. Bakı: Şuşa, 1995
4.Qlinka S. Ermənilərin Azərbaycana köçürülməsi. Bakı: Şuşa, 1995
5.Çavçavadze İ. Erməni alimləri və fəryad edən daşlar. Bakı: Şuşa, 1995


Tarix: 19.01.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Şairlər və Yazıçılar
loading...