Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Hüseyn

Tofiq Hüseyn (Hüseynov Tofiq Yadulla oğlu) - şair, publisist, “Tərəqqi” medalına layiq görülüb (2005).Mündəricat
1 Həyatı
2 Ədəbi fəaliyyəti
3 Əsərləri
4 İstinadlar


Həyatı

Hüseynov Tofiq Yadulla oğlu 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kənddində anadan olub.

1967-ci ildə Azərbaycan Dövlət Universtitetini (BDU) bitirəndən sonra təyinatla Əli Bayramlı (indiki Şirvan) şəhərinə göndərilib, burada çıxan “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Şöbə müdiri, məsul katib vəzifələrinə yüksəlib.

1990-cı ildə alternativ qaydada Əli Bayramlı Şəhər Sovetinə deputat seçilib. 1991-cı ildə Azərbaycan KP MK-nın qərarı ilə yeni yaradılan Hacıqabul rayonunda “Hacıqabul” qəzetinin ilk baş redaktoru təyin olunub. 1993-cı ildə “Həyat”qəzetinin cənub bölgəsində, 1997-cı ildən hal-hazıra kimi “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xususi müxbir kimi çalışır.

Mətbuatda səmərəli fəaliyyətinə görə 2005-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.[1]

Ədəbi fəaliyyəti

Ədəbi fəaliyyətə 1964-cı ildə ADU-nun “Lenin tərbiyəsi uğrunda“ qəzetində dərc olunan “Yarpaq “şeiri ilə başlayıb. 1965-cı ildə Xəlil Rza Ulutürkün “Uğurlu yol” u ilə Masallı rayon qəzeti “Çağırış” da dərc olunan sil-silə şeirləri ədəbi iştimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Sonrakı illərdə görkəmli söz ustaları Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Bayram, Cabir Novruz, Qulu Xəlilli, İlyas Tapdıq, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Tofiq Abdin, Əjdər Ol və başqaları tərəfindən müxtəlif qəzet və jurnallarda ədəbi yaradıcılığı yüksək qiymətləndirilib.

6 şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Əsərləri
1. Sənə inanıram;
2. Sənin yaxşılığın;
3. Sabah sənin ad günündür;
4. Şərurlu polkovnik;
5. Adamları mənim yanıma dərd gətirir
6. Seçilmiş Əsərləri 2 cilddə


Tarix: 19.01.2013 / 15:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 474 Bölmə: Şairlər və Yazıçılar
loading...