Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Telli Pənahqızı

Əliyeva Telli Panah qızı - jurnalist, şair, publisist, nasir.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Telli Pənahqızı 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971-1976).

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlamışdır. "Günün ekranı" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifəsilərində çalışmışdır.

Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.

Əsərləri
Ömrün qoşa izləri. Bakı: Maarif, 1995.
Tanrımla söhbət. Baı: 1999.
Ayrılıqdan sonra çəkilmiş şəkillər
Səsində ay işığı var
Sizi sevən Sərdaram
Uzun incə bir yol varmış 2011

Filmoqrafiya
Nailə (film, 1994)
Mİn Ev Sədərək (film, 2004)
Sizi Sevən Sərdaram (film,2005)


Tarix: 19.01.2013 / 15:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Şairlər və Yazıçılar
loading...