Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Ramin

Seyid Ramin (Paşazadə Ramin Ağakərim oğlu) — şair, yazıçı, publisist, jurnalist, "Gənc Ədiblər Məktəbi"nin məzunu, 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, 2011-ci ildən Prezident təqaüdçüsü.Mündəricat
1 Həyatı
2 Kitabları
3 Şeirləri
4 Hekayələri
5 Publisistikası
6 Tərcümələri
7 Müsahibələri
8 E-kitabxanalar
9 Xarici keçidlər
10 Həmçinin bax


Həyatı

Seyid Ramin 1988-ci il 22 iyulda Bakı şəhərində dünyaya gəlib. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir.

2005-ci ildə orta məktəbi bitirib. 2010-cu ildə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsinin məzunu olub.

2005-ci ildən bədii ədəbiyyatla məşğul olur. "Salam", "Yazar", "Yeni Xəbər", "Alma" və digər qəzetlərdə müstəqil yazar kimi fəaliyyət göstərib, digər KİV-lərlə əməkdaşlıq edib.

Türk dilindən tərcümələr edir. Həvəskar fotoqrafiya ilə məşğul olur.

2009-cu ildə "Yaşasın ölmək!" adlı ilk şeirlər kitabı çap edilib.

QMİ-nin xətti ilə keçirilən "İman və Vətən. Kərbəla işığında" şeir müsabiqəsinin diplomantı olub.

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan "Gənc Ədiblər Məktəbi"nin üzvü və məzunu olub.

2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.

2011-ci ildə "Prezident təqaüdü"nə layiq görülüb.

2011-ci ildən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alır.

Kitabları
"Yaşasın Ölmək!" (şeirlər) – Bakı, Vektor Nəşriyyatı - 2009, 33 səhifə.

Şeirləri
Dua
Mən qatil deyiləm

Hekayələri
Metrodakı dərvişlər (Kultaz.Com)
Çox oxumaq (Alma qəzeti)

Publisistikası
Oktaydan qabaq (525-ci qəzet)
Mənim də kitabım bağlandı... (Kultaz.Com)

Tərcümələri
O. Henri - Qəribə hekayə (Alma qəzeti)
Orxan Pamuk - Dostoyevski (Alma qəzeti)

Müsahibələri
"Mənimçün qəzəl artıq arxa plana keçib" (Kultaz.Com)
"Kəbənin yolu yalnız İrandan keçmir" (Alma qəzeti)
Əsas məsələ yazıçının ortaya nə qoymasıdır

E-kitabxanalar
"Yaşasın ölmək!" (Kitap İndir)
"Yaşasın ölmək!" (Kitabxana.Net)
"Yaşasın ölmək!" (Kitablar.Org)


Tarix: 19.01.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Şairlər və Yazıçılar
loading...