Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Abdullayev

Abdullayev Ramiz Həbibulla oğlu (d.23 iyun, 1953) – şair, dramaturq, "Qızıl qələm" mükafatı laureatı.

Həyatı

Abdullayev Ramiz Həbibulla oğlu 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-ci illərdə hərbi xidmətdə olub. 1975-ci ildə texnikumu bitirib. Müxtəlif vəzifələrində çalışıb.

1995-1999-ci illərdə "Elm və Təhsil Mərkəzi Təfəkkür" Universitetində təhsil alıb. 1996-ci ildən hal-hazıra qədər Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində rəis müavini vəzifəsində çalışır. "Fəxri dəmiryolçu" adına layiq görülüb. Bədii yaradıcılığla məşğul olur. Səkkiz şeir və və üç musiqili komediya kitabının müəllifidir.

Ramiz Abdullayev "Abdulla Şaiq", "Vətən", "Qızıl qələm", "Qızıl açar", "Qızıl Buta", "Dədə Qorqud" adına "Vətən Ovladı" qızıl medalı mükafatları ilə təlfif olunub, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2002-ci ildə "Olacağa çarə yoxdur!" adlı iki hissəli musiqili komediyası C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorları tərəfindən Azərbaycan Milli Akademik Dram Teatrının və Ş. Qurbanov adına musiqili komediya teatrların səhnələrində oynanılmışdır. AzTV tərəfindən əsərə film çəkilmişdir.

2007-ci ildə "Biznesmen" adlı iki hissəli musiqili komediyası C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş və Ş. Qurbanov adına musiqili komediya teatrının səhnəsində oynanılmışdır.

2008-ci il iyun ayında "Pasport" adlı iki hissəli musiqili komediyası Gənc Tamaşaçılar Tearının aktyorları tərəfindən Ş. Qurbanov adına musiqili komediya teatrının səhnəsində oynanılmışdır.

Şeirlərinə 250-dən artıq mahnı bəstələnmiş və 120-dən artıq müğəninin ifasında mahnılar xalqımıza təqdim olunmuşdur.

Əsərləri
"Necə unudum səni"
"Sevgi duyğuları"
"Sevgi dolu gecələr"
"Olacağa çarə yoxdur"
"Vətən torpağı"
"Zemlya Otçizna"
"Biznesmen"
"Bahar yağışı"
"Pasport"
"Sevgi çiçəyi"
"101 kəlam"


Tarix: 17.01.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Şairlər və Yazıçılar
loading...