Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Budaq Budaqov

Budaqov Budaq Əbdüləli oğlu (28 fevral, 1928-ci il, Çobankərə, Zəngibasar bölgəsi, Qərbi Azərbaycan - 1 noyabr, 2012-ci il, Bakı) - Azərbaycan coğrafiyaçısı, publisist, coğrafiya elmləri doktoru (1967), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.

Həyatı

Budaq Budaqov 1928-ci il 28 fevralda Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir.

Yerevanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirmişdir (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur (1947). Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" adlı namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası" adlı doktorluq (1967) dissertasiyalarını müdafiə etmişdir.
Şəcərəsi
Yavıx
Budaq
Əbdüləli
Budaq

Elmi fəaliyyəti

Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) olmuşdur. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləmişdir. Hazırda həmin institutun direktoru vəzifəsində çalışır (1988-ci ildən). Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə – Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunmuşdur. "Cənubi-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası" (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülmüşdür. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş dağlar", "İki mərtəbəli çay", "Üzən su anbarları", "Coğrafı adlar tarixi abidədir", "Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", "Ulduz" jurnallarında, "Sovet Ermənistanı", "Vətən səsi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə dərc edilmişdir. Təbiət və poeziya problemi onun publisistikasında xüsusi yer tutur. Nizami Gəncəvi, Səməd Vurğun, Məmməd Araz və bir sıra digər klassik şairlərin yaradıcılığında təbiət mövzusundan bəhs edərkən oxuculara təbiəti sevdirmək, elmi-texniki tərəqqi dövründə təbiəti qorumağa, onun gözəlliklərini artırmağa dəvət etmək, təbii sərvətlərdən ağıllı istifadə etməyə, israfçılığa qarşı mübarizə aparmağa çağırış əsas qayəsi olmuşdur. Ona görə də "Nizami əsərlərində təbiət", "Yer adları xalqın sərvətidir", "Toponimika: keçilən yol və gələcəyə baxış", "Bu qala bizim qala", "Görən kim yaratmış bu təbiəti", "Pirşağının ekolqji qayğıları" və onlarca başqa məqalələri rəğbətlə qarşılanmışdır.

Əsas elmi nailiyyətləri

Budaq Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənmiş, ərazinin xəritələrini (1:200000) tərtib etmişdir. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarmışdır. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənmişdir. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq etmiş və ərazinin 1:500000 xəritəsini tərtib etmişdir. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyası müəyyənləşdirilmişdir. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənmişdir.
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1976, geomorfologiya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1989, geomorfologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 1051; o cümlədən: elmi-populyar – 475; elmi əsər – 576
Xaricdə çıxmış elmi əsərlərin sayı: 71

Əsərləri
Dağların həyatı. Bakı: Azərnəşr, 1965.
Əfsanəvi dağlar. Bakı: Elm, 1973.
Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası. Bakı: 1973, 256 s.
Təbiəti qoruyun. Bakı: 1977, 64 səh.
Elim, obam mənim. Bakı: Elm, 1984, 69 səh.
Azərbaycanın müasir təbii landşafları. Bakı: Elm, 1988, 135 s.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Elm, 1988, 452 s.
Тюркская топонимия Евроазии. Баку: 1988,
Dözümlü, dözümsüz təbiət. Bakı, 1990, 120 s.
Təbiət və poeziya. Bakı: Elm, 1992, 136 səh.
Türk uluslarının yer yaddaşı. Bakı: Elm, 1995, 270 səh.
Çobankərə eli. Bakı: Elm, 1996, 180 səh.
Novruz yaşarlı ömür. Bakı: Elm, 1996, 47 səh.
Şəhriyarın "Heydərbabaya salam" poemasında təbiət. Bakı: Oğuz eli, 1998, 30 səh.
"Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". (Qiyasəddin Qeybullayev ilə həmmüəllif) Bakı, "Oğuz eli", 1998.
Ağsaqqal sözü. Bakı: Oğuz eli, 1998, 168 səh.
Nəbi Xəzri kəhkəşanı. Bakı: Oğuz eli, 1999, 71 səh.
Vətən yanğısı. Bakı: Oğuz eli, 2002, 230 səh.
Ağsaqqalın hikmət dünyası. Bakı: Vətən, 2003, 269 səh.
Çobankərə eli. (ikinci nəşr) Bakı: 2007, 374 səh.
Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti. (Qiyasəddin Qeybullayev ilə həmmüəllif) Bakı: Nurlan, 2008, 312 s. 500 nüsxə.

Məqalələri
"Azərbaycan coğrafiya terminlərinin bəzi məsələlərinə dair", Azərbaycan SSR EA Xəbərləri. Yer adları seriyası. 1959. №7
"Nizami əsərlərində təbiət",
"Yer adları xalqın sərvətidir",
"Toponimika: keçilən yol və gələcəyə baxış",
"Bu qala bizim qala",
"Görən kim yaratmış bu təbiəti",
"Pirşağının ekolqji qayğıları"
"Böyük ipək (karvan) yolu", Dünya qəzeti. 19 mart 2011-cu il. № 34-35,

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Mərkəzi Asiya Səhraları Şurasının üzvü (Daşkənd);
Coğrafiyanın fundamental problemlərinə dair EA Beynəlxalq Assosiasiyası Şurasının üzvü;
"Səhraların mənimsənilməsinin problemləri" Beynəlxalq jurnalının redaksiya heyətinin üzvü (Aşxabad-İlım);
"Geomorfologiya" jurnalının redaksiya heyətinin üzvü (Moskva);
Lütvüzadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü.

Təltif və mükafatlar
SSRİ Coğrafiya Cəmiyyətinin V.A.Preyevalski adına "Qızıl" medalı – 1978;
SSRİ XTNS-in Bürünc medalı – 1982;
Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin "Xatirə" medalı – 1985;
Azərbaycan SSR Ali Soveti RH-ın 4 dəfə Fəxri Fərmanı;
"Məmməd Araz" Mükafatı – 1993;
Akad. Y.Məmmədəliyev adına medal və mükafat – 1995;
"Vətən" Fəxri Fərmanı;
Azərbaycan Jurnalistlər Birliyinin Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan bayrağı" laureatı diplomu – 1998;
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası tərəfindən verilmiş Fəxri Fərman – 1998;
İslam xeyriyyəçiliyinə görə H.Z.Tağıyev Mükafatı – 2000;
"Şöhrət" ordeni – 2000.


Tarix: 14.01.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1193 Bölmə: Şairlər və Yazıçılar
loading...