Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mir Cəlal Paşayev

Paşayev Mir Cəlal Əli oğlu — yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi (1969), respublika Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948).

Həyatı

Mir Cəlal Paşayev 1908-ci ildə Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–28). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927).

Mir Cəlalın 100 illiyinə həsr olunmuş poçt markası

Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932–1935). "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası (1940), "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir.

Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).

Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olmuşdur.
Mükafatları

"Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" (1944) medalları, "1941–45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1948), "Qırmızı əmək bayrağı" (1967), "Oktyabr inqilabı" (1978) və iki dəfə "Şərəf nişanı" (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif olunmuşdur. 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın babasıdır.
Əsərləri

Sağlam yollarda (oçerklər). Bakı: Azərnəşr, 1932, 46 səh.
Boy (novellalar və oçerklər). Bakı: Azərnəşr, 1935, 123 səh.
Dirilən adam. Bakı: Azərnəşr, 1936, 204 səh.
Bostan oğrusu. Bakı: Azərnəşr, 1937, 46səh.
Axundun iştəhası. Bakı: Azərnəşr, 1938, 63səh.
Gözünaydın. Bakı: Azərnəşr, 1939, 477 səh.
Füzulinin poetik xüsusiyyətləri. Bakı: Azərb. SSR EA nəşri, 1940, 96 səh.
Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1940, 258 səh.
Bir gəncin manifesti. Bakı: Azərbaycan LKGİM nəşri, 1940, 258 səh.
Xalqın ürək sözü. Bakı: Azərnəşr, 1941, 18 səh.
Vətən (hekayələr). Bakı: Azərnəşr, 1942, 38 səh.
İlyas. Bakı: Uşaqgəncnəşr, 1942, 24 səh.
İsrafil. Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh.
Şərbət. Bakı: Uşaqgəncnəşr, 1942, 56 səh.
Vətən yaraları. Bakı: Azərnəşr, 1943, 12 səh.
Həyat hekayələri. Bakı: Uşaqgəncnəşr, 1945, 156 səh.
İki rəssam. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh.
Yeni kəndin adamları. Bakı: Azərnəşr, 1948, 44 səh.
İlk vəsiqə. Bakı: Uşaqgəncnəşr, 1949, 24 səh.
Söyüd kölgəsi. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
Təzə şəhər. Bakı: Azərnəşr, 1951, 264 səh.
Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1953, 201 səh.
Sadə hekayələr. Bakı: Azərnəşr, 1955, 224 səh.
Fitnə. Bakı: Uşaqgəncnəşr, 1955, təkrar nəşri: 1962, 1966.
Yaşıdlarım. Bakı: Uşaqgəncnəşr, 1955, 226 səh.
Yuxu və külək. Bakı: Uşaqgəncnəşr, 1956, 12 səh.
Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1956, 500 səh.
Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1957, 532 səh.
Yolumuz hayanadır. Bakı: Uşaqgəncnəşr, 1957, 247 səh.
İnsanlıq fəlsəfəsi. Bakı: Azərnəşr, 1961, 408 səh.
Bir gəncin manifesti. Yaşıdlar. Bakı: Azərnəşr, 1964, 452 səh.
Bir gəncin manifesti. Bakı: Azərnəşr, 1965, 452 səh.
Söyüd kölgəsində. Bakı: Maarif, 1965, 42 səh.
Gülbəsləyən qız. Bakı: Azərnəşr, 1965, 334 səh.
C.Məmmədquluzadənin realizmi haqqında. Bakı: ADU nəşriyyatı, 1966, 70 səh.
Seçilmiş əsərləri (dörd cilddə), I c. Bakı: Azərnəşr, 1967, 519 səh.
Seçilmiş əsərləri (dörd cilddə), II c. Bakı: Azərnəşr, 1967, 499 səh.
Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1968, 526 səh.
Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1968, 474 səh.
Gülüş bədii silah kimi. Bakı: ADU nəşri, 1968, 40 səh.
XX əsr Azərbaycan ədəbiyyatı (dərslik). Bakı: Maarif, 1969, 348 səh. (şərikli).
Kərpickəsən. Bakı: Gənclik, 1969, 12 səh.
Şəfəqdən qalxanlar. Bakı: Gənclik, 1972, 272 səh.
Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli).
Klassiklər və müasirləri. Bakı: Azərnəşr, 1973, 296 səh.
Silah qardaşlan (hekayələr). Bakı: Gənclik, 1974, 293 səh.
Xeyir və Şər. Bakı: Gənclik, 1976, 19 səh.
Dağlardiləgəldi. Bakı: Gənclik, 1978, 176 səh.
Dahi söz ustası. Bakı: Yazıçı, 1978, 90 səh.
Dirilən adam. Bakı: Yazıçı, 1978, 414 səh.
Bir gəncin manifesti. Bakı: Gənclik, 1980, 256 səh.
XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 428 səh.(şərikli).
Yaşıdlar (roman və hekayələr). Bakı: Azərnəşr, 1984, 374 səh.
Bir gəncin manifesti. Bakı: Yazıçı, 1984, 224 səh.
Ləyaqət (hekayələr və povest). Bakı: Yazıçı, 1984, 360 səh.
Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1986, 463 səh.
Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1987, 445 səh.
Ədəbiyyatşünaslığın əsasiarı (dərs vəsaiti). Bakı: Maarif, 1988, 279 səh.


Tarix: 13.01.2013 / 12:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1016 Bölmə: Şairlər və Yazıçılar
loading...