Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşıl lobyanın faydaları

Lobyanın müxtəlif növləri vardır ki, onların bəzisi ağ, bəzisi qırmızı, bəzisi isə yaşıldır. Bunu nəzərə almaq lazımdır ki, yaşıl lobyada olan kalori quru lobyada olandan daha azdır. 100 qr. lobyada cəmi 30 kolori enerji vardır. Halbuki quru qırmızı lobyanın 100 qramında 340 kalori vardır.

Bütün lobyaların tərkibində C, A, B vitaminləri vardır. Bununla yanaşı lobya — dəmir, fosfor, kalsium, kalium deposudur. Yaşıl lobyanın kalorisi az olsa da, qüvvətli qidalardan hesab edilir.

Sümüklərə yardım edir.
Yaşıl lobyanın tərkibində K vitamini olduğu üçün güclü sümüklərə malik olmaq üçün çox faydalıdır. K1 vitamini sümüyün tərkibində olan proteini fəallaşdırır. Bu proteinlər sümüklərdə olan kalisumu qoruyub saxlayırlar. Ona görə də K1 vitamini olmadan proteinin səviyyəsi də kifayət qədər olmur. Sümüklər qırılmağa başlayır.

Ürəyi qoruyur.
Yaşıl lobya ürək və diabet xəstələri üçün çox faydalıdır. Tərkibində A və C vitamini olduğu üçün anti-oksidanları təşkil edirlər. Onlar bədənə virusların daxil olmasının qarşısını alırlar. Bununla yanaşı, yaşıl lobyanın tərkibində kalium, folat və maqnezium vardır. Bu maddələrin hər biri ürəyi gücləndirən maddələrdir. Kalium və maqnezium həm də qan təzyiqini aşağı salır.

Qəbizliyin qarşısını alır.
Yaşıl lobya bağırsaq xərçənginə düçar olmağın qarşısını alır. C vitamini və karotin maddəsi bağırsaqları bu cür bakteriyalardan qoruyur. Tədqiqatlar göstərir ki, o insanlar ki, yeməklərində C vitaminindən, karotin və folatdan daha çox istifadə edirlər, onlarda bağırsaq xərçənginə tutulmaq riski çox azdır. Yaşıl lobyanın tərkibində olan liflər xərçəng hüceyrələrinə yapışır və bu hüceyrələr bağırsağa zərər vurmamışdan əvvəl dəf olunur. Yaşıl lobya eyni zamanda qəbizliyin qarşısını alır.

İltihaba qarşıdır.
C vitamini və karotin maddəsi iltihaba qarşı xüsusiyyətə malikdir. Həmçinin miqren sancılarının azalmasına səbəb olur. Ona görə də hər kim bu xəstəlikdən əziyyət çəkirsə, tövsiyə edirik ki, lobyanı çox yesin.

Enerjini təmin etmək üçün dəmiri vardır.
Yaşıl lobyanın tərkibində dəmir deposu vardır. Yaşıl lobya qırmızı ət qədər dəmirə malik olub, eyni zamanda az kalorilidir.

İmmun sistemini gücləndirir.
Yaşıl lobyanın tərkibində C vitamini və karotin olduğu üçün immun sistemini gücləndirir.


Tarix: 10.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...