Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvanın faydaları

Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızında dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər.

Qanı təmizləyir, ürək çırpıntısına faydalıdır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Heyvadan necə istifadə edilməlidir?
Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür.

Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Yarpaqlarından hazırlanan çay stresi azaldır. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağırısınada faydalıdır.

Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etmək olar.
Heyvanın tibbi faydaları ilə yanaşı kosmetik xeyridə var. belə ki, tumunun dəmləməsindən alınan su saçlara sürtüləndə onlara parlaqlıq qazandırır. Üz və boyunda tədbiqi isə qırışların azalmasına kömək edir.


Tarix: 10.12.2014 / 17:16 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...