Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kivinin faydaları

Kivi meyvəsi vitamin, flavonoit və minerallar baxımından olduqca zəngindir. Xüsusilə, ehtiva etdiyi C vitamini, kalium və beta-karoten kivini möcüzə bir meyvə etməkdədir.

İtaliyadakı araşdırmalar kivinin xüsusilə 6-7 yaşında uşaqlarda tənəffüs yolları üzərində möcüzə kimi təsirlər yaratdığını göstərir.
Müəyyən bir müddət kivi istehlakının ardından uşaqlarda nəfəs darlığı 32%, gecə öskürəyi 27%, asqırma 41%, burun axıntısı 28% və xroniki öskürək 25% nisbətində azaldı.

Antioksidan xüsusiyyətləri də var!

Kivi meyvəsi içərisində bol miqdarda C, E, və A vitamini saxlayar. C vitamini suda həll olan antioksidan bir maddədir və bədənimizi qoruduğu sübut edilmişdir.

Nizamlı olaraq istehlak edildiyində xərçəngə və köklüyə qarşı bir çox problemdə təsirli olduğu görülmüşdür

Digər faydaları

• Astmanın qarşısını alar
• Xüsusilə uşaqlarda asqırma və öskürməni azaldar.
• DNT mutasiyalarına mane olar.
• Bol miqdarda antioksidan və vitamin saxlayar.
• Yüksək lif xüsusiyyəti sayəsində kolon xərçənginə qarşı bədəni qoruyar.

Kivini yeməyin ən doğru yolu!

Kiviyi yumurta kimi yeyərsinizsə az qala bütün vitaminlərini və minerallarını içində tutmuş olarsınız. Dilimlənmiş yəni bıçaq dəymiş meyvələrdə vitamin itkisi bilinən bir vəziyyətdir. Bu səbəblə kivini dik tutaraq təpəsində kiçik bir kəsik açıb içini çay qaşığı ilə yumurta yeyər kimi yeyə bilərsiniz.
Bu şəkildə yediyinizdə qabığına ən yaxın yerlərdəki meyvədən də faydalana biləcək və tam vitamini almış olacaqsınız.


Tarix: 10.12.2014 / 17:02 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...