Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzüm-Vitis Viniferaz

Bu bitki üzüm (Vitaceae) fəsiləsindən olub çox faydalı bə qiymətli bitkidir.Ona görə də o dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir.Üzümdən hazırlanan kişmiş,şərbət , xoş ətirli doşab çox faydalıdır.Müəyyən edilmişdir ki,üzümün şirəsində bir sıra müalicəvi maddələr vardır.Bunlardan şəkəri (qlükoza,fruktoza,saxaroza),üzvi turşular (limon,alma,çaxır,solisil) dəmir duzlarını,kalium permanqanatı,C və B qrupu vitaminləri,karotin,aşı,boyayıcı və pektin maddələrini göstərmək olar.Üzüm tənəyinin yarpağı da çox faydalıdır.Onun tərkibində çoxlu miqdarda C vitamini,karotin,aşı maddəsi üzvi turşular və s vardır.

üzüm


Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində,tənəffüs yolları iltihabında,mədə-bağırsaq,qaraciyər,öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.

Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir.Üzüm qorasından hazırlanan "abqora" isə diabet xəstəliyinin ilk dövründə çox yaxşı təsir göstərir.O susuzluğun qarşısını almaqla yanşı,xəstənin qısa müddətdə sağalmasını təmin edir.Qurudulmuş üzüm gilələri də qanazlığında çox xeyirlidir.


Tarix: 10.12.2014 / 16:47 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...