Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ötürmə sistemləri

Ötürmə sistemi maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır:
Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında),
Elektro-hidravlik (məs. elektrik karalar),
Dizel-mexaniki (məs. ekskavatorlarda) ,
Benzin-hidravlik (məs. yük maşınlarında),
Dizel-elektrik (məs. dəmir yol kranlarında).

Ötürmənin seçilməsi istismar şəraitindən və üsulundan asılı olaraq aparılır. Bu və ya digər ötürmə sisteminin üstün cəhətləri onun tətbiq olunan maşına uyğun gəlməsi ilə səciyyələndirilir. Tipik ötürmə sisteminə avtomobillərdə tətbiq olunan mühərriklə təkərlər arasında mövcud olan ötürməni göstərmək olar. Mühərrikin yeri və ötürmə sistemi avtomobillərdə ağırlığın konsentrasiyası, yerə olan tələbat və oxlara düşən ağırlığa görə böyük əhəmiyyət kəsb edir. Normal halda mühərriklə aparıcı təkərlər oturan ox bir-birinə →kardan valı vasitəsilə birləşdirilir. Bu mühərrikin yaxşı soyudulmasına imkan verərək arxa oxda dönməyən təkərlərin asan işlədilməsinə şərait yaradır. Bu quruluşda həm də arxa oxa düşən yük nisbətən az olur. düşən yükü artırır və arxada yanacaq çəni və yük üçün nəzərdə tutulan yeri tutur. Bunun üçün avtomobilin qabaq hissəsində olan yer istifadə olunur. Mühərrikin, ötürmə mexanizminin kompakt olaraq arxada yerləşdirilməsi mühərrikin soyudulması üçün əlavə soyutma sisteminin tətbiqini zəruri edir. Kiçik avtobuslarda bu ötürmə sistemləri geniş yayılmışdır.

Mühərrik və aparıcı oxun avtomobilin qabaq hissəsində yerləşdirilməsi yeni komponovka tələb edir. Mühərrikin qabaqda olması hərəkət zamanı onun hava ilə yaxşı soyudulmasına şərait yaradır. Qabaq ox maksimal yüklənir. Avtomobilin qalan hissələrindən optimal istifadə etmək olur.


Tarix: 22.03.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...