Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişli çarx

Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur.

Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır.

Dişli çarxaların aşağıdakı növləri vardır:
Dişin eninə profillinə görə fərqlənənlər.
Dişin uzununa profilinə görə:
-düz
-maili
-çevrəvi
Konik dişli çarxlar
Daxili ilişməli dişli çarxlar,
Daraq tipli dişli çarxlar,
Tacformalı ilişməyə malik dişli çarxlar.

Dişli çarxların hazırlanması xüsusi dişaçan dəzgahlarda yerinə yetirilir. Əsas üsul kimi frezləmə,pardaqlama və yayma tətbiq olunur. Bu zaman alət ya əvvəlcədən dişin formasına malik olur, ya da xüsusi proqramların köməyi ilə dişin profili boyunca hərəkət etdirilərək diş emal olunur. Bu işlə maşınqayırma texnoloqları məşğul olurlar.


Tarix: 21.03.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...