Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azər-Türk Bank

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti 25 May 1995-ci ildə T.C Ziraat Bankası A.Ş. və Aqrakredit Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilmişdir. Bankın baş ofisi Bakıda yerləşir. Hal-hazırda “Azər-Türk” ASC Azərbaycanın aparıcı banklarından biri hesab olunur. Azer-Türk həm fiziki, həm də korporativ müştərilərə xidmətlər göstərir. Universal bank olaraq, həm fiziki, həm də korporativ müştərilərə xidmətlər göstərir.

Tarixçə

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti, 25.05.1995-ci ildə T.C.Ziraat Bankası A.Ş. və "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Milli Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlamışdır. Hazırda, nizamnamə kapitalı 10.000.000,00 AZN təşkil edən Bankın səhmdarları T.C.Ziraat Bankası A.Ş. (46,00 %), "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı (46,00 %), Ziraat Bank İnternational AG (4,00 %) və "Turanbank" ASC-dir (4,00 %).

Azərbaycan Respublikasının Milli Bankı tərəfindən verilmiş bank lisenziyası, Banka milli və xarici valyutada (USD, EUR, TRY, RUB və s.) fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirmək hüququ verir. Lisenziya əsasında, Bank öz hesabına və ya müştərilərin hesabına qiymətli metalların və daş-qaşların satın alınması və satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi üzrə fəaliyyət növləri istisna olmaqla, "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növlərini də həyata keçirə bilər. "Azər-Türk Bank" ASC 23 yanvar 2004-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar Komitəsinin verdiyi lisenziya əsasında diler fəaliyyətini də həyata keçirir.

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Türkiyə, Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətləri vardır.

"Azər-Türk Bank" ASC, Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının, "MilliKart" Prosessinq Mərkəzinin, SWIFT ödəniş sisteminin, habelə Western Union, XPress Money və MİGOM beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda MasterCard İnternational beynəlxalq kart təşkilatının üzvüdür.

Bankın 2005-ci il üzrə auditi Deloitte&Touche MMC (www.deloitte.az), 2006-cı il üzrə auditi KPMG Azərbaycan Limited (www.kpmg.com), 2007-ci il üzrə auditi isə Moore Stephens Azərbaycan (www.moorestephens.com) tərəfindən həyata keçirilmişdir. Hər bir il üzrə auditin həyata keçirilməsi üçün, kənar audit şirkəti Bankın Audit Komitəsinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycanda bankların auditini həyata keçirən beynəlxalq audit şirkətlərindən alınan təkliflər əsasında Bankın Müşahidə Şurasının qərarı ilə seçilir.

Hər il üzrə kənar audit yoxlaması yekunlaşdıqdan sonra, Bankın auditi həyata keçirilən il üzrə əldə edilən xalis mənfəəti, Bankın Müşahidə Şurasının tövsiyəsi nəzərə alınaraq, Səhmdarların növbəti Ümumi Yığıncağının qərarı ilə bölüşdürülür.


Tarix: 19.03.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...