Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sony Mobile Communications

Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir.

Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır.

Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.


Tarix: 18.03.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...