Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HTC korporasiyası

High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır.

Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilir. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.

Sonrakı dövrlərdə HTC yeni - Qtek adlanan brendini yaratmış, 2004-cü ildə isə Asiya ölkələrinə xidmət etmək məqsədilə Dopod müəssisəsi yaradılmışdır. 2006-cı ildə korporasiyanın idarə heyəti strateji qərar qəbul edərək öz məhsullarını vahid HTC brendi ilə təqdim etməyə başlamışdır.

Hazırda həm Windows Mobile, həm də Android platforması ilə telefonlar və kommunikatorlar istehsal edir. Şirkətin ən uğurlu markası 2010-cu ildə istehsal olunan HTC HD MİNİ olmuşdur.


Tarix: 18.03.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...