Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda İstirahət parkları və karnavallar görmək

Yuxuda istirahət parkları ikili hisslərə işarədir:onlarla eyni zamanda ən yaxşı və ən pis xatirələr bağlıdır.Bu, həm əyləncə məkanı, həm də ürəkbulanması və qusmaya səbəb ola biləcək başgicəlləndirici attraksionların olduğu yerdir. Yuxuda karnaval görmək –qorxunc və heyranedici obrazlar müxtəlifliyidir. Bəzən karnavaldan xoşları gəlməyən, lakin uşaqları üçün buna dözən valideynlər olur. Ailənin xoş və şən keçirdiyi vaxt yekunda qəzəb,münaqişə ssenarisinə çevrilir.Karnavallar –bu özünüzü qəmdən, kədərdən uzaq hiss etdiyiniz məkandır.Nəzarətsizlik və sərbəstlik sizə uçuş və həyatın gözəlliklərini bəxş edə bilər.Bu tez-tez seksual təcrübələrlə bağlı olur. Belə azad hərəkət real həyatda ağılla hərəkət etməyə və nizam-intizam çərçivəsində yaşamağa öyrəşmiş insanları vahiməyə salır.Karnaval nümayişləri yürüşlər və fırlanmalarla möhkəm surətdə bağlıdır. Şeytan çarxı – yüksəklikdən qorxmadığınız şərtlərlə -orqanizminizə dələ kimi fırlanmaqdan əl çəkmək və daha sakit həyata qayıtmaq üçün siqnaldır. Başqa sözlə desək, həyatınız hansı cəhətdən Amerika dağları, karusel və digər istənilən attraksiona oxşayır? Ola bilsin ki, parkda məmnuniyyətlə əylənə biləcəyiniz attraksionlar yoxdur.Bu attraksion hansı assosiasiya yaradır və niyə onda bu qədər çoc əylənmək istəyirsiniz?


Tarix: 24.02.2014 / 22:28 Müəllif: Ebulfez Baxılıb: 1411 Bölmə: İ hərfi
loading...