Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərbənd qəzası

Dərbənd qəzası (rus. Дербентский уезд) — Rusiya İmperiyası (Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1840–1860–cı illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dərbənd şəhəri idi.

Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri 22[q 1] aprel 1840–cı ildə birləşdirildi və Dərbənd qəzası adlandırıldı, Dərbənd şəhəri isə qəza şəhəri statusu aldı.

Dərbənd qəzasının sərhədləri təxminən keçmiş eyniadlı xanlığın sərhədləri ilə üst-üstə düşürdü. 1850-ci ilə olan məlumata əsasən qəza ərazisində hər iki cinsdən cəmi 19.287 nəfər əhali yaşayırdı. Onlar imperiya büdəcəsinə ildə 7.200 gümüş rubl vergi ödəyirdilər. Qəzanın inzibati mərkəzi keçmiş xanlığın da paytaxtı olmuş Dərdənd şəhəri idi. 1850-ci ilə olan məlumata əsasən Dərbənd şəhərində yerləşən 460 evdə təxminən 2 min nəfər əhali yaşayırdı. 1851-ci ilə olan məlumata əsasən Dərbənd şəhəri 70 kvadrat verst ərazini əhatə edirdi. 1851-ci ilə olan məlumata əsasən şəhərdə yaşayan daimi əhalinin sayı 5.755 nəfəri kişilər, 6.297 nəfəri qadınlar olmaqla cəmi 12.052 nəfər idi. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən qəzada 30.676 nəfəri kişilər, 33.021 nəfəri qadınlar olmaqla toplam 63.697 nəfər əhali yaşayırdı, onlardan 5.804 nəfəri kişilər və 6.409 nəfəri qadınlar olmaqla toplam 12.213 nəfəri Dərbənd şəhərinin əhalisi idi. 1853–cü ilə olan məlumata əsasən 31.371 nəfəri kişilər, 33.615 nəfəri qadınlar olmaqla qəzanın bütün yaşayış yerlərində 64.986 nəfər əhali var idi, onlardan 5.978 nəfəri kişilər, 6.673 nəfəri qadınlar olmaqla toplam 12.651 nəfəri Dərbənd şəhərində məskunlaşmışdı.


Tarix: 02.03.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Ümumi
loading...