Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UEFA Avropa Kuboku 2008

UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.
İxtisaslanmış komandaları
Almaniya (B qrupu, D qrupunda ixtisaslanmışdır)
Avstriya (B qrupu)
Çexiya (A qrupu, D qrupunda ixtisaslanmışdır)
Fransa (C qrupu, B qrupunda ixtisaslanmışdır)
Xorvatiya (B qrupu, E qrupunda ixtisaslanmışdır)
İspaniya (D qrupu, F qrupunda ixtisaslanmışdır)
İsveç (D qrupu, F qrupunda ixtisaslanmışdır)
İsveçrə (A qrupu)
İtaliya (C qrupu, B qrupunda ixtisaslanmışdır)
Niderland (C qrupu, G qrupunda ixtisaslanmışdır)
Polşa (B qrupu, A qrupunda ixtisaslanmışdır)
Portuqaliya (A qrupu, həmin qrupda ixtisaslanmışdır)
Rumıniya (C qrupu, G qrupunda ixtisaslanmışdır)
Rusiya (D qrupu, E qrupunda ixtisaslanmışdır)
Türkiyə (A qrupu, C qrupunda ixtisaslanmışdır)
Yunanıstan (D qrupu, C qrupunda ixtisaslanmışdır)
Matçların cədvəli
A qrupu
7 iyun – İsveçrə-Çexiya, Portuqaliya-Türkiyə
11 iyun – Çexiya-Portuqaliya, İsveçrə-Türkiyə
15 iyun – İsveçrə-Portuqaliya, Türkiyə-Çexiya
B qrupu
8 iyun – Avstriya-Xorvatiya, Almaniya-Polşa
12 iyun – Xorvatiya-Almaniya, Avstriya-Polşa
16 iyun – Polşa-Xorvatiya, Avstriya-Almaniya
C qrupu
9 iyun – Rumıniya-Fransa, Niderland-İtaliya
13 iyun – İtaliya-Rumıniya, Niderland-Fransa
17 iyun – Niderland-Rumıniya, Fransa-İtaliya
D qrupu
10 iyun – İspaniya-Rusiya, Yunanıstan-İsveç
14 iyun – İsveç-İspaniya, Yunanıstan-Rusiya
18 iyun – Yunanıstan-İspaniya, Rusiya-İsveç


Tarix: 27.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Ümumi
loading...