Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvan bəylərbəyliyi

Şirvan bəylərbəyliyi
Şirvan bəylərbəyliyinin mərkəzi Şamaxı şəhəri idi. Bəylərbəyliyin cənub sərhəddi Kür çayı, şimal sərhəddi Samur çayı və Böyük Qafqaz sıra dağlarının ətəklərindən keçirdi. Dərbənd ərazisi də Şirvan bəylərbəyliyinin tərkibində idi. Dərbənddən şimalda olan Dağıstan əraziləri farsdilli mənbələrdə «Diyari-Çərkəs» (Çərkəs diyarı) adlanırdı. Bəylərbəylik qərbdə Kartli və Kaxetiya ərazisinə çatırdı. Şirvan bəylərbəyliyinin tərkibinə Salyan, Bakı, Quba və Kolxan, Dərbяnd, Şəki, Ərəş, Alpaut, Ağdaş, Mahmudabad, Çəmişgizək (Kürün sol sahilində, Şamaxının qərbində) əraziləri daxil idi. Bəylərbəyliyin ərazisindя Quba, Şamaxı, Bakı, Dərbənd və Şəki xanlıqları təşəkkül tapdı.

1524-cü ildə I Şah İsmayılın qəfil ölümündən sonra hakimiyyətə on yaşlı oğlu Təhmasib gəldi. Lakin on yaşlı şah yüksək gəlirli dövlət vəzifələri, zəngin və məhsuldar torpaqlar ələ keçirtmək uğrunda bir-biri ilə mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atəbəyi) Div Sultan ələ keçirtdi. Azyaşlı şahın vəkili və tərbiyəçisi Div sultan Rumlu oldu. Şahın azyaşlı olmasından istifadə edən bir sıra feodal qurupları arasında xüsusən şamlı, rumlu, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar tayfaları arasında hakimiyyət və torpaq uğrunda mübarizə Səfəvilər dövlətini xeyli zəiflətdi. I Şah İsmayılın ölümündən sonra qızılbaş tayfa əmirlərinin dövləti bürümüş özbaşınalıq dövrü on ilə qədər davam etmişdir. Artıq 20 yaşına çatmış I Şah Təhmasib qızılbaş əmirlərinin sıxıntılı himayəsindən çıxmağı qərara aldı. O, 1534-cü ildə Hüseyn xan Şamlını edam etdiridi və tədricən dövlət hakimiyyətini öz əlinə aldı. O, mülki bürokratiyanın nümayəndəsi olan Qazi Cahan Qəzvinini özünün yaxın köməkçisi elan etdi və saraydakı qızılbaş hərbi əyanlarının nüfuzunu zəiflətməyə çalışdı. Artıq ağıllı və uzaqgörən siyasətçi olan I Şah Təhmasib Səfəvilər dövlətini möhkəmlən-dirmək işini davam etdirdi. Şah I Təhmasib həm qızıbaş əyanlarının özbaşınalığına, həm də mərkəzdən uzaq olan bəzi əyalətlərdə yerli hakimlərin üsyanlarına qarşı mübarizə aparmalı olmuşdur. I Şah Təhmasib bu qiyamları yatırdıqdan sonra Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyi qərara aldı. Burada başlıca vəzifələrdən biri də Şirvanşahların müstəqil-liyinə son qoymaq və bu əraziləri Səfəvilər dövlətinə qatmaq idi. I Şah Təhmasib Şirvanın Təbriz taxtına tam tabe edilməsi planını çoxdan idi ki, hazırla-mışdı və öz niyyətini həyata keçirmək üçün əlverişli fürsət axtarırdı və bunun üçün də əlverişli şərait yaranmışdı. 1535-ci ildə özündən sonra varisi olmayan II Xəlilüllah öldükdən sonra Şirvan taxtı va-rissiz qalmışdı. Buna görə də Şirvan əyanları II Xəlilüllahın qardaşı oğlu, on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. Lakin ölkədə haki-miyyət azyaşlı Şahruxun adından fəaliyyət göstərən Hüseyn bəy adlı bir vəkilin başçılıq etdiyi Şirvan əyanlarının əlində cəmləşmişdi. Feodal əyanlarının özbaşınalığı baş alıb gedirdi. İskəndər bəy Münşi göstərir ki, Şirvanda “qayda-qanundan əsər qalmamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal aldı.

Bu vaxt Mahmudabadan və Salyandan qələndər çıxış etməyə başladı və “saysız-hesab-sız qoşunla”, Şirvanın paytaxtına hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşun-dakı çəkişmələr, Şirvan əyanlarını Şamaxı sarayını qələndərə* müqavimət göstərmədən təslim etməyə və alınmaz sayılan Buğurt qalasında gizlənməyə məcbur etdi. Üsyançılar müqavimətə rast gəlməyərək Şamaxını ələ keçirdilər. Lakin aydın məqsədləri, möhkəm rəhbərliyi olmadığı üçün onlar öz hakimiyyətini təşkil edə bilmədilər və buna görə də şəhərdə 40 gündən artıq qala bilmədilər. Qələndərin geri çəkilməsi xəbəri Buğurda çatanda Şirvan əyanları Şahruxla bərabər qaladan çıxdılar və üsyançıları təqib etməyə başladılar. Şahrux Salyandan bir qədər aralıda qələndər çtdı. Baş vermiş döyüşdə üsyançılar darmadağın edildilər. Mənbələrdə baş vermiş bu üsyanın tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Mənbələrdə verilən məlumata görə Şirvanda feodal əyanlarının özbaşınalığı baş alıb gedirdi. 1537-ci ilin qışın əvvələrində Şirvanda özünü şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndərin başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi. Aralarında birlik olmadığı, qoşunlar vuruşmaq istəmədiyi üçün Şahruxun əmirləri və əyanları ilə birlikdə üsyançıların qabağına çıxmaq iqtidarında deyildi. Şahrux əmirlərlə birlikdə Şamaxını tərk edərək Buğurt qalasına qaçdı. Qələndər şəhəri döyüşsüz tutdu. Lakin möhkəm rəhbərlik və mütəşəkkilik olmadığından üsyançılar qayda-qanun yarada bilmədilər və Şirvan əhalisinin narazılığına səbəb oldular. Bir neçə gün Şamaxıda qaldıqdan sonra üsyançılar arasında ixtilaf düşdü və onlar şəhəri tərk edərək, Salyana yollandılar. Qələndərin geri çəkilməsi xəbərini alan Şahrux əmirləri ilə Buğrut qalasından çıxaraq üsyançıları təqib etməyə başladı. Salyan yaxınlığında onlara çatdılar və döyüşdə onları məğlub etdilər, Qələndəri də əsir tutub öldürdülər. Sosial xarakterinin aydın olmamasına baxmayaraq, kortəbiiliyi və kütləviliyi, yalançı hökmdarın zühuru və dərvişlərin iştirakı bu hərəkatı Ön Asiyanın XIII-XVI əsrlər kəndli üsyanlarına aid etməyə imkan verir. Şirvanda hərc-mərəclik, vətəndaş müharibəsi buradakı işlərə qarışmaq üçün bəhanə axtaran I Şah Təhmasibin xeyrinə idi. Bu zaman II Xəlilullahın dul qalmış arvadı-Pərixan xanım Təbrizə gedərək, Şirvanın ağır daxili vəziyyəti və onu asanlıqla ələ keçirməyin müm-kün olması barədə qardaşı şah Təhmasibə məlumat verdi. Üsyan yatırıldıqdan sonra Şirvan əyanları və zədəganları əhaliyə zülm və qəddarlığı daha da gücləndirərək son həddə çatdırdılar. Bu zaman qorçubaşı Padar bir qurup hərbiçi ilə Təbrizə gəldi, Təhmasibə şikayətlə müraciət edərək, ondan Şirvanın işlərinə qarışmasını xahiş etdi. . Şahrux məktub göndərərək sədaqətini bildirdiyi türk sultanının ciddi təhlükə doğurması Təhmasibi təcili tədbirlər görməyə vadar etdi. Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikirinə düşən şah Təhmasib əlverişli bəhanə tapdı.

Həsən bəy Rumlunun tədbirincə “....Şah Şahruxun ölkəsini pis idarə etməsi, onun əmir-lərinin bəd əməlləri, ordusundakı oğurluq, bu ölkədəki inamsızlıq və dini təsisatlara etinasızlıq haqqında eşitmişdi”. Onda şah ustaclı, qacar və talış tayfalarının əmirlərinə Əlqas mirzənin başçılığı altında Qarabağ və Muğanın qeyri-nizami dəstələri və iyirmi minlik qızılbaş qoşunu ilə Şirvanı tutmağa getməyi əmr etdi. 1538-ci ilin yazında (Hicri 945) Əlqas Mirzə qorçubaşı Padarın müşayiətilə Kürü keçdi, Şirvana girərək, 300 nəfər qarnizonla birlikdə Surxab və Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın ən möhtəşəm qalası olan Gülüstanı mühasirəyə al-dılar. Şəhərin komendatı (kütval) bu zaman Nemətulla bəy idi. Lakin qızılbaş əmirləri qoşun-ların bir hissəsini Gülüstan qalasının yanında qoyaraq, qalanın Şirvanşah Şahruxun vəkil Hü-seyn bəy Lələ və Şirvan zədəganları ilə sığındığı yüksək zirvədə yerləşən əlçatmaz Buğurt qalasına tərəf döndərdilər. Qalanın müdafiəçilərinin müqavimətinə, Buğurt qalası yanında Hüseyn bəylə Qızılbaşlar arasındakı döyüşün nəticəsinə baxmayaraq, sonuncular Şirvanlıları məğlubiyyətə uğradaraq, gürcü qalasını da ələ keçirdilər. Əlqas Mirzə dörd ay (Cənnabi və Münəcimbaşıya görə yeddi, Hürşaha görə doqquz ay) mühasirədə saxladığı Şahrux və onun əmirləri məhrumiyyətlərə və vəziyyətlərin ağırlığına baxmayaraq, Buğurt qalasında mərdliklə müdafiə olunurdular. Bu vaxt öz qoşunları ilə mühasirədəkilərin köməyinə gələn Şəki hakimi Dərviş Məhəmməd xan Buğurt qalasının yanında məğlubiyyətə uğradı və döyüşçülərinin ço-xunu itirərək geri çəkildi. Buğurt qalasının bürcləri toplarla dağıdılıb uçurulduqdan sonra Dər-viş Məhəmməd xanın köməyindən ümidi kəsilən qala müdafiəçiləri müqaviməti dayandırdılar. Vəkil Hüseyn bəy bildirdi ki, şah gəlsə təslim olmağa hazırdırlar. Saraya göndərilən qasid şahı Mərəndə tapdı. Cənnabinin məlumatına görə Buğurta gələn, şah Təhmasib adamlarını Şahru-xun yanına göndərərək, ona aman, böyük iqta və müxtəlif hədiyyələr veriləcəyini vəd etdi. La-kin bunların hamısı yalan çıxdı. Sonra şah Şamaxının bütün sərkərdələrinə və rəislərinə hər cür nemətlər vəd edərək onlara xəyanət edərək aldatdı. O, şəhərin yüksək rütbəli sərkərdələ-rindən zorla iri məbləğdə pul alaraq, sonra onların çoxunun edam olunmasını əmr etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və Şirvan əmirləri hədiyyələrlə Təhmasibin hüzuru-na gələrək sarayların və xəzinələrin açarlarını itaətlə şahın vəkillərinə təqdim etdilər. Şirvanşahların hələ XIII əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə Təhmasib sahib oldu . Şahrux, Hüseyn bəy və Məhəmməd bəy həbsxanaya salındı. Buğurt qalasını uçurtmaq əmr edildi. 1538-ci il sentyabrın 27-də (Hicri 945-ci il Cəmədiyüləvvəl ayının üçün-də cümə günü) Gülüstan qalasının kütvalı Nemətulla bəy şahın hüzuruna gəlib qalanı ona təs-lim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam olundu. Şərəf xan Bidlisinin yazdığına görə “Qızılbaşların amansız qılıncları ilə qalada mühasirədə olanlardan altı yüzə yaxın adam öldürüldü. Hətta, şah Təhmasib babası sultan Heydərin qan intiqamını alaraq, bir neçə Şirvan əyanı şəxsən öz əli ilə qətlə yetirdi”. Şah Təhmasib Şirvanı iqta kimi qardaşı Əlqas Mirzəyə verdi, Şirvanşah Şahruxu da əsl qul kimi qandalladaraq özü ilə götürüb Təbrizə qayıtdı və 1539-cu ildə onu gizlicə edam etdirdi, “onun həyatı şahın əmri ilə söndü”. . Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra Səfəvilər dövlətinin bəylər-bəyliklərindən biri kimi onun tərkibinə daxil oldu. Şahın qardaşı Əlqas Mirzə Şirvanın birinci bəylərbəyi oldu. Şirvanın demək olar ki, zədəganların böyük bir hissəsi məhv edildi, onun tor-paqları qızılbaş tayfalarının başçılarına, əmirlərə paylandı. Sülalənin ayrı-ayrı nəsillərinin iti-rilmiş səltənəti bərpa etmək səyləri sonralar, Azərbaycanı ələ keçirməyə cəhd göstərən Os-manlı sultanları tərəfindən istifadə olunmuşdu.(8. səh 78). Şirvanın Azərbaycan Səfəvilər döv-lətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində obyektiv olaraq, müsbət rol oynadı. Ölkənin cənub və şimal vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə şərait yaratdı. Lakin Şirvan əyanları hələ uzun müddət ərzində Şirvanşahlar sülaləsinin hakimiyyət-dən devrilməsi və öz imtiyazlarının itirilməsi ilə barışmadılar. Müstəqilliyə doğru Şirvanşahların bu cəhdlərindən Osmanlı sultanları dəfələrlə istifadə etmişdilər.

Şirvan bəylərbəyləri
Hüseyn bəy Şamlı
Əlqas mirzə Səfəvi, (?-1547)
Abdulla xan Ustaclı, (1549-1567)
Aras xan Rumlu, (1567-1578)
Məhəmməd xəlifə Zülqədər, (1578-1580)
Salman xan Ustaclı, (سلمان‌خان‌ استاجلو) (1580-1581)
Peykər Sultan Ziyadoğlu-Qacar, (1581)
Ənsar xəlifə Qaradağlı (1581-1583)
Zülfüqar xan Qaramanlı, (1607-1611)
Yusif xan (I), (1611-1625), qulam
Qazax xan Çərkəz, (1625-1632), qulam
Fərrux xan, (1632-?), qulam
Ərəb xan Şamlı, (1636-1645)
Xosrov xan, (1645-1653), qulam
Vaxtanq xan, (1653-1656), qulam
Hacı Manuçöhr xan, (1656-?), qulam
Məhəmməd xan, (?-1663)
Nəcəfqulu xan, (1663-1 oktyabr, 1667), Qazax xanın oğlu.
Səfərqulu xan
Qarçıqay xan, qulam


Tarix: 12.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 420 Bölmə: Ümumi
loading...