Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarıkərlər

Yarıkərlər — xanlıqlar dövründə Azərbaycanda kəndli kateqoriyası. Aztorpaqlı və torpaqsız kəndlilər divan və ya feodal torpaqlarını ağır şərtlərlə icarəyə götürürdülər. İcarənin belə forması paydarlıq adlanırdı. İcarə haqqının həcmi feodalın icarədarı toxum, avadanlıq və işlək heyvanlarla nə dərəcədə təmin etməsindən asılı idi. İcarə haqqı məhsulun 1/2 hissəsindən 3/5 hissəsinə (bəzi hallarda isə 2/3 hissəsinə) qədər çatırdı. Paydarlığın geniş yayılmış forması məhsulun yarısını vermək şərti ilə olan icarədarlıq idi. Belə icarədarlar "yarıkərlər" adlanırdı.


Tarix: 12.02.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi
loading...