Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin X qurultayı

Azərbaycan müəllimlərinin X qurultayı — 15 may 1987-ci ildə keçirilmişdir.

X qurultayın gündəliyindən
Azərbaycan müəllimlərinin bu qurultayı V.İ.Lenin adına Sarayda 23 may 1987-ci il tarixdə başlamışdır. Geniş tərkibdə redaksiya, mandat komissiyaları seçilmiş ali məclisi giriş sözü ilə Yevlax rayonundakı Xaldan kənd orta məktəbinin direktoru, SSRİ xalq müəllimi Z.Şöyübov açmışdır.

Qurultayda Azərbaycan SSR maarif naziri K.Rəhimov və Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə etmişlər.

Müzakirələrdə Tovuz rayonundakı Bozalqanlı kənd orta məktəbinin müəllimi, Sosialist Əməyi Qəhrəmanı M.Quliyev, Naxçıvan MSSR maarif naziri R.Hüseynov, Yazıçılar İttifaqı İdarə Heyətinin katibi C.Novruz, Göyçay şəhərindəki 9 nömrəli orta məktəbin müəllimi Z.Vəliyeva və başqaları çıxış etmişlər.

Sonda respublika müəllimlərinə və ictimaiyyətinə müraciət qəbul edilmiş, Azərbaycan ümumtəhsil məktəbinin Nizamnaməsi təsdiq olunmuş, SSRİ müəllimlərinin V qurultayına nümayəndələr seçilmişdir.


Tarix: 12.02.2015 / 14:53 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Ümumi
loading...