Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Skif dövlətinin ərazisi

Skiflərin Azərbaycan ərazisində harada möhkəmlənmələri və öz dövlətlərini qurmaları hələ də mübahisəli məsələlərdəndir. Lakin Assur mənbələrindən biz bilirik ki, onlar Manna dövlətini hansısa Şimal əyalətlərində məskunlaşmışdılar. Assur hökmdarı Asarxaddonun (e.ə. 680-669) dövrünə aid məlumatda bu barədə danışılarkən "mannalar ölkəsinin əyalətində yaşayan skiflər" ifadəsi işlədilir.

Yazılı mənbələrin məlumatlarını təhlil edən İ.M.Dyakonova görə, skiflərin məskənini Manna torpaqlarının Şimal sərhəddində, Araz çayı rayonu və Şimala doğru Qərbi Azərbayan (indiki Ermənistan) və Azərbaycanın Qərbində lokalizə etmək lazımdır. Q.Qeybullayev də skif hökmdarlığının lokalizəsini bu cür verir.

İ.H.Əliyev də skif hökmdarlığını qismən Azərbaycanın Şimal, qismən də Cənub ərazisində yerləşdirir. O, belə hesab edir ki, skiflər özlüyündə yerli türklərlə müqayisədə işğal olunmuş əyalətlərdə siyasi hakimiyyəti öz əllərində saxlayan azlıq təşkil edən hakim təbəqə olmuşdur.


Tarix: 05.02.2015 / 13:01 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Ümumi
loading...