Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manna Dəfn adətləri

Həsənlu nekropolu həmin dövrdə qala divarlarından kənarda təpənin şimal yamacında yerləşirdi. Qəbiristanlıq ərazisindən V və VI dövrlərdə uzun bir müddət ərzində istifadə olunmuşdur. Qəbiristan ərazisində ilk qazıntıları 1947-ci ildə M. Rad və A. Hakemi aparmışlar. Sonralar R. Daysonun rəhbərlik etdiyi ekspedisiya artıq sistematik qazıntılar aparmışdır, qazılmış qəbirlər xronoloji baxımdan yaşayış məskəninin təbəqələri ilə ardıcıl olaraq uzlaşır. Qəbirlər göstərir ki, bu qalanın əhalisi dəfn zamanı hansısa müəyyən bir istiqamət tutmamışlar. Ölülər böyrü üstə, bükülü vəziyyətdə birbaşa torpaqda basdırılmışlar.[198][199]

Kişilər xəncər, nizə, ox ucluqları, qadınlar isə qol və ayaq bilərzikləri, üzüklər, muncuqlar və baş geyimləri ilə birlikdə dəfn olunmuşlar. Bundan əlavə bütün qəbirlərə müxtəlif miqdarda saxsı qablar (güman ki, içinə yemək və içmək qoyulubmuş) dəsti qoyulmuşdur. Bütün qəbirlərdə mütləq uzunlüləli çayndanlarla (həmin çaydan V dövrün içki qablarını əvəz edir). təsadüf edilir. Görünür bu qablar mərasim əhəmiyyəti daşımışlar. Ölülərə heyvan qurban vermişlər. Qəbirlərdə mərhumun başı yanında qoyun sümükləri vardır. Qəbirlərdən birınin divarları çaydaşılardan səylə haşiyələnmişdir. Burada əsas ölü ilə yanaşı daha bir ölü də basdırılmışdır.

R. Dayson belə hesab edir ki, bu, cəmiyyətdə sosial iyerarxiyanın mövcudluğunu əks etdirir. Mərlik qəbirləri ictimai təbəqələşməni daha parlaq əks etdirir. "Hökmdar qəbiristanlığı" adlandırılan bu qəbiristan öz zənginliklərinə və görünür mövqelərinə görə də bir-birindən xeyli fərqlənən zadəganlara məxsus olmuşdur. Bəzi qəbirlər başqalarına nisbətən müxtəlif avadanlıq və qiymətli əşyalarla daha çox təmin olunmuşdur. Dəfn üçün qazılmış quyuların hamısının divarları gil məhlulu ilə, daşla örtülmüşdür. Dəfn adəti Həsənlu qəbirlərində olduğu kimidir.


Tarix: 27.01.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Ümumi
loading...