Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağdərənin azad olunması və irəliləyişlər

4 iyul, 1992-ci ildə, uzun mühasirədən sonra Ağdərə rayonu azad edildi. Ermənilər vahimə içində ərazini tərk edir.[2] Erməni hərbi qüvvələri Stepanakertin cənub tərəfində doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumu təqdirdə Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılması planlaşdırılırdı. Lakin buna baxmayaq döyüşlər dağlıq bölgədə baş tutduğundan irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olur.

Robert Köçəryanın bildirdiyinə görə, Azərbaycan Ordusu bu vaxta kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 %-ni işğal edərək, erməni vətəndaşları arasında panika yaratmaq istəyir. Goranboy əməliyyatı 60.000 əhalini qaçqın və məcburi köçkün vəziyyətinə salmış, yüzlərlə şəxs əsir və itkin düşmüşdür. [Mənbə göstərin] Yaranmış bu şəraitdən istifadə edərək Azərbaycan prezidenti Əbülfəz Elçibəy səfərbərlik barədə fərman imzaladı və 1991-1992-ci ildə ordudan təxris olunanlar yenidən orduya çağırıldı. Bu arada, Azərbaycan hərbi qüvvələri Stepanakertdən 15 dəqiqəlik məsafədə olan Sırxavənd kəndində hazır mövqedə dayanmışdılar.


Tarix: 22.01.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Ümumi
loading...