Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara İsgəndər I hakimiyyət dövrü

Qara Yusifin oğlu İsgəndər 1421-ci ildə Qaraqoyunlu dövlətini bərpa etdi və Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu.1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir . Azərbaycan feodalları tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Şahrux 1421-ci ilin payızında qoşunları ilə birlikdə Azərbaycanı tərk etdi. İsgəndər tezliklə öz mövqeyini bərpa etdi və qoşun toplaya bildi. Lakin İsgəndər bir neçə dəfə Şahruxa kömək göstərən Şirvana basqın etsə də, Şəki və Şirvan öz müstəqilliklərini qoruyub saxladılar. İsgəndərin 1425-ci ildə Şirvana basqını zamanı Şirvanşah Xəlilüllahın qardaşları Keyqubad, İshaq və Haşım onun əleyhinə çıxdılar. Şirvanşah yardım üçün Şahruxa müraciət etdi və onun köməyilə qardaşlarına divan tutdu .İsgəndər Şahruxla müharibəyə başladı və 1427-ci ildə Şirvana hücum edərək Şirvan dövlətini tabe etdirməyə cəhd göstərdi.Şamaxı İsgəndərin qoşunları tərəfindən dağıdıldı və talan edildi.1428-ci ildə Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-cu ilin mayında isə Şahrux tərkibində Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla İsgəndərin üzərinə yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Salmasın həndəvərində darmadağın etdi. O, Əlincə qalasını aldıqdan sonra Qarabağa qışlamağa getdi və Qaraqoyunlu dövlətinin idarə olunmasını İsgəndərin vassallığı qəbul edən qardaşlarından birinə – Əbu Səidə həvalə etdi.Beləliklə , İsgəndər birinci dəfə 1429-cu ilə qədər hakimiyyətini saxlaya bildi.


Tarix: 10.01.2015 / 13:07 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Ümumi
loading...