Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Basqal qalası

Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir. Basqal Bakı – Laqodexi şosse yolunun 151 km-dən 4 km şimala olan məsafədə yerləşir. Qəsəbəyə avtomobillə getmək olar.


Tarix: 07.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Ümumi
loading...