Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan yeni dövrdə. XIX yüzillik-XX yüzilliyin əvvəli

1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır. 19-cu yüzilliyin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir. 20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95 % təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel kustar sənətkarlıq da mövcud idi. 20-ci yüzilliyin əvvəlində Cənubi Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu. 1908-ci lin dekabrın 12-də İranın paytaxtı Tehranda bir qrup tacir döyülərək həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün 1905-ci-1911-ci illər İran inqilabının başlanması hesab olunur.


Tarix: 07.01.2015 / 16:15 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Ümumi
loading...