Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəttimizə görə xarakteriniz

Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə,demək şəxsi eksperimentinizə başlaya bilərsiz.

Boşluqlar
Boşluqlar solda buraxılıbsa, demək müəllif ehtiyatllığı, hətta xırdaçılığı ilə fərqlənir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır.
Sahələr çox genişdir. Bu alicənablığa, pafosa, dəbdəbəyə işarədir.

Xəttin istiqaməti
Xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat, səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir.
Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarədir. O, həm də nikbin ruhlu insandır.
Xəttin aşağı istiqamətdə yazılması pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədə olur.
“Dalğayabənzər” xəttlər avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur.
Səliqəsiz xətt əhval-ruhiyyənin daimi dəyişkənliyini vurğulayır.

Qələmi bərk basaraq yazmaq
Basmaq adi mürəkkəbli qələmlərin sahibləri üçün səciyyəvi deyildir. Əgər mətn qu tükü ilə yazılıbsa, dəqiq söz demək mümkündür.
Qələmi basaraq yazanlar adama yovuşan, aydın məqsədli və enerjili insanlardır. Belə insanlar əmək sevərdirlər.
Yüngül basma romantik, böyük maraq dairəsi olan adamlar üçün tipikdir.
Hərflərin ardıcıllığı
Bütün hərflər birləşibsə belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər hərflər birləşməyibsə, ehtimal ki, belə şəxsdə obrazlı düşünmə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.

Hərflərin istiqaməti
Hərflərin azacıq sola meyilli olması şəxsin öz maraqlarını kütlənin maraqlarından üstün tutmasını bildirir. Həmçinin belə insanlar tənqidi fikir söyləməyi xoşlayırlar.
Hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir.
Hərflərin sağa meyilliliyi konkret məqsəd və sabitlikdən danışır. Əgər həyatınızdakı kişi belə yazırsa, ehtiyatlı olun! Ehtimal ki, o, tez sevən və qısqancdır.
Şaquli xətt (meyilsiz) fikrini 100 dəfə ölçüb-biçənlərə xarakterikdir.

Hərflərin ölçüsu
Böyük hərflər ( 3 mm-dən çox) - belə xəttin sahibi asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan,bir qayda olaraq, lider şəxslərdir.
Orta hərflər (təxminən 3 mm) - buna daha çox təsadüf olunur. Belə insanlar heç bir gizli işi olmayanlar sırasındadırlar.
Kiçik hərflər (2 mm-dən az) - böyük səbrə, ehtiyyata, məqsədyönlü insanlara xasdır.
Yadda saxlamaq vacibdir ki, əsl informasiyanı 25-45 yaş arası insanların xəttindən almaq olur.


Tarix: 08.02.2015 / 14:53 Müəllif: ADMIN Baxılıb: 174 Bölmə: Ümumi Psixologiya
loading...