Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş rolu oynamağın vaxtıdır!

“Bütün dünya bir teatrdır.”-Bu sözləri dahi şair Şekspir yazmışdır.Baş rolda sən! İnsalar isə burada aktyor, rejissor, ssenarist və tamaşaçıdır. Amma bizlərdən heç kəs bu rolları eyni vaxtda oynamır. Kimsə yalnız tamaşaçı olaraq qalır. Hər gün eyni pyesə tamaşa edir. Hər zaman tamaşaçı rolunda olmaq çox bezdiricidir?
Elə isə tamaşa zalından çıxmağın, həyatımızda eynilikləri dəyişməyin vaxtı deyilmi? Bizlərdən hər birimiz öz həyatımızın ssenarisini yazmaq gücündəyik. Əsas odur ki, arzun və məqsədin olsun.

İnsaların öz arzusunu yerinə yetirməsi üçün 2 əsas şey tələb olunur; bu arzunu yerinə yetirmək üçün həvəs və güc. Hətta siz həyatınızda sabitliyə çox öyrəşmisinizsə, nə vaxtsa sizin belə bir arzunuz olacaq ki, bu sabitliyi dəyişəsiniz. İnsan- hərəkətsiz, sabit varlıq deyildir. Biz insalarda hər zaman hansısa arzumuzu yerinə yetirmək, özümüzə yeni qapılar açmaq istəyi olur.
Amerika psixoloqları sevgi və iş barəsində belə qənaətə gəliblər ki, sevgi insan həyatında 3 il, hər hansı işdə isə 5 il müddətində qalıb işləmək olur. 3 ildən sonra insan öz sevgisindən sanki bezir və problemlərlə üzləşir. Bir işdə isə 5 il qalıb işlədikdən sonra artıq o işdən bezirsən və sənin üçün maraqlı olan yeni nələrsə axtarmağa çalışırsan.
Bu sadəcə həyatımızda olanlara bir misaldır. Bu hər birimizin həyatında olur.Bir müddət həyatımızda olan eyniliklərdən bezirik və daim nələrsə axtarışında oluruq. Əgər belə eyniliklər hər birinizin həyatında olursa o zaman əlinizə qələm və ağ vərəq alın və öz həyatınızın ssenarisini yazmağa başlayın.

Heç bir əsər və yaxud da roman, ya da pyes heç vaxt ideyasız yazılmır. Buna görə də sizin ən başda tapşırığınız nə istədiyinizi və həyatınızda hansı dəyişikliyi etmək olmalıdır. Bunun üçün sizin öz ideyalarınzıdan ibarət gündəliyiniz olmalıdır. Ora həyatınızın ən yüksək mərhələsində duran istəyinizi, bunun üçün nə etməli olduğunuzu və bütün bunların nə qədər vaxt alacağını yazın. Sonra hər gün yazdıqlarınızın üzərində işləyin. Siz bunun üçün hər nə etdiyinizi nəzərdən keçirin.
Misal üçün, əgər siz 5 kq arıqlamaq istəyirsinizə hər gün siz dieta saxlamalısınız, kalorili, yağlı yeməklər yeməməlisiniz, hər gün səhər tezdən idmanla məşğul olmalısınız. Bu sizin ən azı 2 ay vaxtınızı almış olar. Amma nəticədə siz istədiyiniz və arzuladığınız bir bədən fiqurasına sahib olacaqsınız. Bunun üçün hətta siz öz gündəliyinizə nə etməli olduğunuz haqqında faydalana biləcəyiniz dəyərli məlumatlar da əldə edib yaza bilərsiniz. Bu sadəcə sizin istəkləriniz üçün nə etməli olduğunuza bir misal idi.
Öz istəkləriniz üzərində işləmək üçün hər zaman irəli addım atmaq və arzularınız üzərində, həyatınızı dəyişmək istədiyiniz yöndə səylə çalışmalısınız. Belə olan halda istədiyiniz hər şeyə nail olacaqsınız.
Dahi şair Şeksprin yazdıqlarına toxunaraq- hər zaman eyni rolu ifa etməyək. Bəzən öz rolumuzu dəyişməyə çalışaq. Həyatımızda hər zaman baş rollarının iştirakçısı, rejissoru, yazarı olmağa çalışmalıyıq. Bəzən baş rolları ifa etməyin də zamanı olmalıdır.
Bu sizdən asılıdır. Elə isə baş rolda olmağın və həyatınızda olan hər şeyi yaxşılığa doğru dəyişməyin zamanıdır.


Tarix: 05.12.2014 / 16:20 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Ümumi Psixologiya
loading...