Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir müvəffəqiyyətin tarixçəsi..

uğur psixologiyası → Bir müvəffəqiyyətin tarixçəsi...
Uzun illər Kanzas şəhərində bir gənc qəzetçi çəkdiyi karikaturaları satmaq istəyir.Ancaq bütün qəzetlər az qala bir ağızdan (bir az da kobud ifadə ilə) ona eyni şeyi deyirdilər: “Səndən karikaturaçı olmaz.Yaxşısı budur,bu sənəti unut!”Ancaq karikatura onun ən böyük xəyalını necə unuda bilərdi?Bir də o karikaturasını unutsa da ,karikatura onu unutmurdu...
Nəhayət,bir gün xeyriyyə cəmiyyətlərindən biri gənci işə qəbul etdi.Ancaq bunun üçün onun bir emaltxanaya ehtiyacı var idi.Beləliklə,gənc həm orda işləyə,həm də yaşaya bilərdi.
Çox keçmədi ki,cəmiyyət köhnə zirzəmilərindən birini ona verdi.Ancaq zirzəmi,sözün əsl mənasında,siçanların işğalı altında idi.Gənc burada həm işləməli,həm də yaşamalı oldu.Ancaq gün gələcək bu siçanlardan biri (elə o gənc kimi) bütün dünyada məşhur olacaqdı.
Dünyanın hər yerində məşhur olan bu siçan Mikki Maus,gənc isə Uolt Disney idi...


Tarix: 05.12.2014 / 15:32 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Ümumi Psixologiya
loading...