Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübahisə edərkən uşaqları unutmayın

Valideynlər arasında yaranan inciklik, mənfi münasibət uşaqların ailədən uzaqlaşması ilə nəticələnə bilər. Ata-ananın uşaqlarının yanında bir-birinə qarşı aqressiv mövqe tutması onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yaranan gərginliyi aradan qaldırmaq üçün tərəflərdən biri mütləq güzəştə getməlidir.

Psixoloqlar bildirirlər ki, gərginlik yaşanan ailələrin əksəriyyətində yeniyetmələrin xarakterində, həyat tərzində arzuolunmaz xüsusiyyətlər meydana çıxır. Belə yeniyetmələr bəzən bədbinliyə qapılır, bəzən də evdən qaçaraq pis vərdişlərə qurşandılar. Bu cür yeniyetmələr həmyaşıdlarına qarşı da sərt olurlar. Belə olan halda, uşaqların öz valideynlərinə və böyüklərə qarşı hörmətsiz davranmaları təbii qarşılanmalıdır. Bütövlük, birlik nümayiş etdirən ailələrin uşaqları isə yüksək əhvali-ruhiyyəli, nikbin və çevik olurlar.

Ailə canlı bir sistemdir. Ata-ana arasında xoş münasibət olsa, uşaqların da gələcəyi sağlam struktur üzərində qurula bilər. Bu, valideynlərin üzərinə düşən ən məsuliyyətli vəzifələrdən biridir.


Tarix: 27.11.2014 / 12:26 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Ümumi Psixologiya
loading...