Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları məktəbə necə hazırlamalı?

Artıq övladınızın məktəbə getmək vaxtıdır, lakin o buna hazırdırmı? Əgər həmyaşıdları ilə oynamağa can atırsa, demək, məktəbə getmək istəyir. Bəs siz bu “ayrılığa” necə reaksiya verəcəksiniz, yəni uşağı məktəbə yollamağa qorxmayacaqsınız ki? Çalışın qorxu-hürkünü özünüzdən uzaqlaşdırın. Uşağın məktəbə getmə dönəmində sizə daha çox ehtiyacı var, bu mənada ona dəstək olmağa çalışın. Bəs uşağı məktəbə necə hazırlamalısınız? Uşağı məktəbə yollamazdan əvvəl bir neçə dəfə özünüz də onunla məktəbə gedin. Ona məktəb haqqında danışın, kitablar oxuyun, məktəbdə nələr edəcəyini başa salın, uşaqlarla oynamaq üçün məktəbə aparın. Beləcə, məktəbə ilk başladığı gün məktəbdə tanışını tapa biləcək və təklik qorxusu yaşamayacaq.

Məktəb kitabxanasından kitab götürün, yaxud da məktəbdəki dibçək güllərini tətildə baxmaq üçün alın. Belə olduqda aldığınız şeyləri geri qaytararkən uşağınız məktəbə alışmağa başlayacaq və özünü bu mühitdə narahat hiss etməyəcək.

İlk dərs günü məktəbə çox erkən getməyə çalışın. Mümkünsə, uşağı məktəbə siz yox, başqası aparsın, çünki sizdən ayrılması çətin olar.

Əgər uşağınız məktəbdə ağlasa, evə gətirin. Çünki onun bu vəziyyəti çox davam edərsə, məktəbə nifrət edər.

Uşağın məktəbə alışması üçün bir müddət onunla məktəbdə birlikdə qalın, amma bunun çox uzun sürməyəcəyini ona söyləyin.

İlk günlər uşağınızın sizi axtarmasına imkan vermədən erkən gedib onu məktəbdən gətirin.


Tarix: 27.11.2014 / 12:25 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Ümumi Psixologiya
loading...