Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ha-ha-ha

-Ana mələk vaaar heeç?
-Hə bala,vaar..
-Bəs onlar hamısı uçuuur?
-Həə uçur.. -
-Onda bizim xidmətçi niyə uçmur? ata hemişə ona mələyim deyir ki bəs.. ...
-Indi bilmirəm,amma 2 dəqiqəyə 100% uçacaq

***
Bir gün biri çıxır söyüd ağacına. Dostu deyir: "Hara çıxırsan?"
- "Armud yeməyə".
Dostu deyir: "Axı bu söyüd ağacıdır".
-"Nə olsun, armud cibimdədi".

***
Beş yaşlı uşaq zəng səsini eşidib dəstəyi qaldırır:
-"Alo, eşidirəm".
-"Atanı, ya da ananı çağır".
-"Evdə yoxdurlar"
-"Bəs evdə səndən başqa bir adam var?"
-"Bəli var,bacım evdədir".
-"Onda onu çağır".
Bir dəqiqəlik pauzadan sonra oğlan deyir:
-"Alo,o çox ağırdır,beşikdən çıxara bilmədim".


***
Günlərin bir günü oğul atasından dondurma pulu istəyir və deyir:
-"Ata, mənə 5 manat pul verdə dondurma alım".
Atası deyir:" Nəə qədər 4 manat? 3manatı neynirsən 2manat verim 1 manatı qaytar"


***
Xəstə həkimdən soruşur:
- "Həkim, düz deyirlər ki, yer kökü görmə qabiliyyətin yaxşılaşdırır?"
- "Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?"


***
Uşaq bağçasında müəllimə uşaqlara deyir:
-"Uşaqlar, müəllimə gedir. Nə demək lazımdır?"
Uşaqlar xorla: -" Allaha şükür"


***
Arvad:- " Mənə belə gəlir ki,bizim sürücünü qovmaq lazımdır".
Kişi:-" Nə üçün?"
Arvad:-" Dörd dəfədir ki,o mənim həyatımı ölümcül təhlükə altına qoyur".
Kişi:-"Tələsməyək ,ona daha bir şans verək".

***
Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır.... Müəllimə jurnala baxıb deyir:
"Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......"
Natiq deyir :"Hııııııııııııııııı......"
Müəllimə: "Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?"
Natiq deyir :" 10"
Müəllimə: "Otur əəə...."
Biraz sonra..... "Oooooooooorrxaaaaaaaannnn....."
Orxan : "Hııııııııı......"
Müəllimə: "Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?"
Orxan: "25"
Müəllimə:"Bəs 3*5 neçə eləyər?"
Deyir: "15"
Müəllimə: "Sən laaaf professorsan kiiii"
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir:" Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə......."
Müəllimə deyir: "Hıııııııııı....."
Orxan deyir: "Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar".


Tarix: 28.11.2014 / 18:35 Müəllif: Aziza Baxılıb: 291 Bölmə: Ümumi Letifeler
loading...