Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axmaqlar haqqında lətifələr

İki gizirin başının üstündə vertolyot dayanıb. Biri:
- O, niyə dayanıb?
- Yəqin, benzini qurtarıb!
Kişi yorğun və acıqlı halda evə gəlir:
- Arvad, bilirsən, tülkü necə bic heyvandı?
- Yox. Niyə belə düşünürsən?
- Meşədə gedirdim. Bir tülkü gördüm. Tuşlayıb atdım. Yıxıldı. Götürməyə gedəndə görürəm ki, bizim tuladı...!!!
Gizir küçə ilə gedir. Ayağının birində qara, o birində qəhvəyi çəkmə var. Mayor onu saxlayır:
- Yoldaş gizir, evə gedib ayaqqabılarınızı dəyişin.
- Mümkün deyil, yoldaş mayor, evdəkinin də biri qara, o biri qəhvəyidir.
Oğlan bərbərxanaya gəlib deyir ki, saçını dibindən qırxsınlar. Bərbər onun saçını qırxır. Oğlan güzgüyə baxıb deyir:
- Xoşuma gəlmədi, kirpi üslubunda qırx.
Yük maşını küçədə bir qazı basır. Sürücü avtomobili saxlayıb həyətə girir. Həyətdəki arvada deyir:
- Nənə? bu qazı mən basdım, baxın sizinkidirsə, pulunu ödəyim.
Arvad qaza baxıb deyir:
- Yox, bala, bizim yastı qazımız yoxdu.
Hindi çöldə əlində motosikl farası tutub ağlayır. Bir az aralıda əzilmiş motosikl tüstülənir. Ondan soruşurlar:
-Nə olub?
- Dünən iki ağdərili iki kisə qızıl və on atımı alıb mənə metal at verdi. Yaxşı sürətli atdır, amma bu boyda gözü olsa da (faranı göstərir) heç nə görmürmüş!
Gecə yarısı. Ingilisin evi. Telefon zəng çalır. Yuxulu ev yiyəsi telefonu götürür:
- Alo!
- Bu 11-11-dir?
- Yox, 1-1-1-1-dir.
- Əminsiniz ki, 11-11 deyil?
- Tamamilə. Bu, 1-1-1-1-dir!
- Onda bağışlayın ki, gecə yarısı Sizi narahat etdim!
- Bir şey deyil, onsuz da durmalıydım. Telefon zəng çalırdı....
- Bu yolla getsəm, vağzalı taparam?
- Sən getdin-getmədin, vağzal ordadı!
-Alo, Bu, Federal Təhlükəsizlik Xidmətidir? Mən Amerika kəşfiyyatının sənədləri olan portfel tapmışam!
- Bəli, FTX-dir. Mane olmayın, qoyun işləyək. Bura sizin üçün tapıntı bürosu deyil.


Tarix: 28.11.2014 / 18:29 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Ümumi Letifeler
loading...