Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yazıçılar haqda lətifələr

Zəlimxan Yaqubun toruna qızıl balıq düşür:
— Şair, məni buraxsan, üç arzunu yerinə yetirərəm...
— Deməli, belə: İsveçrə bankında 10 milyon dollarım olsun! Bodrumda 3 mərtəbəli villam olsun! «Peyğəmbər» poemam dövlət mükafatı alsın! Bu bir!..


* * *


Gənc yazar Əhməd Şahidov kitab yazır və 10 min tirajla çap edir. Görür ki alan yoxdu, qəzetə belə bir elan verir: «Gənc və yaraşıqlı milyonçu, Əhməd Şahidovun yeni romanının qəhrəmanına oxşayan qızla tanış olmaq istərdi».



* * *


Londonda oxuyan oğlu qaz zavodunun direktoru, yazıçı Hüseynbala Mirələmova məktub yazır:
— Ata, burda özümü lap ala qarğa kimi hiss edirəm, məndən başqa hamı dərsə avtobusla gedir.
— Qəm eləmə oğlum, pul göndərərəm, sən də özünə birini alarsan.


* * *

Tənqidçi Əsəd Cahangir dostlarının yanında şikayətlənir.

— Yaman yorulmuşam, məzuniyyətə çıxsaydım, bir az istirahət eləyərdim, tənqid elədiyim kitablardan heç olmasa birini oxuyardım.

* * *

Gənc yazıçı Seymur Baycan papaq dükanına girir, təzə kepka almaq istəyir.
Satıcı Seymurdan başının ölçüsünü soyuşur.

— Yadıma gəlmir, ya 45, ya da 54...
— Əgər yadına gəlmirsə, onda 45-di...

* * *

Şair Yafəs Türksəsin gənc olanda yolu təsadüfən şəhərə düşür.
Kəndə əliboş qayıtmaq istəmir. Çox fikirləşəndən sonra gedib bir vedrə alır. Sonra nə fikirləşirsə, mismarla təzə vedrənin altını deşir, aparıb dəmirçiyə verir ki, təmir eləsin. Dəmirçi təzə vedrəyə baxıb deyir:

— Olmazdı ki, elə bunun deşik olmayanını alasan.

Yafəs ustanın sözünü ağzında kəsir:

— Usta, alanda deşik deyildi, fikirləşdim ki, bu vedrə əvvəl-axır deşiləcək. Mənim yolum bir də allah bilir şəhərə nə vaxt düşəcək, odur ki, dedim, şəhərə gəlmişkən elə birdəfəlik düzəltdirib aparım.

* * *

Pullu yazıçı Hüseynbala Mirələmov yoldaşlarıyla birgə növbəti romanını «yuyur». Bir restorandan çıxıb o birisinə girirlər. Hüseynbala müəllimin pulu qurtarır. Hamısı birlikdə Hüseynbala müəllimgilə — pul götürməyə gedirlər.

Ev sahibi kserokopiya maşınının qapağını qaldırıb pul götürür.

Başqa bir restoranda yeyib-içmək davam edir. Ordan çıxanda Hüseynbala məllimin yenə pulu qurtarır, yenə dostlarıyla bilikdə evinə baş çəkir. Yenə kserokopiya maşınından pul götürür...

Səhər MTN Mirələmovun başının üstünü kəsdirir ki, sən saxta pul kəsirsən.

— Yox sadəcə, mən pullarımı kserokopiya maşınının içində saxlayıram.

— Elə isə dostlarına niyə göstərirsən?

— Bilim də kiminlə dostluq edirəm...

* * *


Din haqda tənqidi məqalələr yazan şair Aqşin Yenisey günlərin bir günü cəngəllikdə azır və kannibalların mühasirəsinə düşür. O üzünü göylərə tutaraq yalvarır:

— Yəni doğrudanmı mənim axırım çatıb?

— Hələ yox! — qeybdən səs gəlir — xəncəri qəbilə başçısının əlindən qap və oğlunun ürəyinə sapla.

Birdən-birə şairin qollarına güc gəlir, bir anda xəncəri başçıdan alıb oğlunun sinəsinə saplayır.

Qeybdən yenə səs gəlir:

— Bax, indi doğrudan axırın çatdı.

* * *

Seymur Baycan axır ki, evlənir. Yatmamışdan qabaq oğluna, «Qurd və 7 çəpiş» nağılını danışır.

Uşaq, qurdun çəpişləri bir-bir yeməsinə görə qətiyyən halını pozmayıb, axırda soruşur:

— Bəs, bu çəpişlərin kazyol atası hardaydı?


Tarix: 28.11.2014 / 18:18 Müəllif: Aziza Baxılıb: 126 Bölmə: Ümumi Letifeler
loading...