Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İosif Reutt

İosif Antonoviç Reutt-(1786-1855), polkovnik, 42-ci eger polku komandiri, 1826-cı il iyul ayının 22-dən sentyabrın 6-na qədər İran qoşunları mühasirəsinə düşmüş Şuşa qalasının komendantı idi.
Həyatı
İosif Antonoviç Reutt 1786-cı ildə Qrodne quberniyasında anadan olmuşdu. Reutt cəllad xislətli general idi. O, Yeger polkunda xidmət etdiyi zaman bu xislətə yiyələnmişdi. Bu polk öz sərtliyi ilə imperiya ordusunda tanınırdı. İperatorun bilavasitə nəzarəti altında fəaliyyət göstərirdi. Maraqlıdır ki, həmin hərbi hissənin demək olar bir çox zabitləri Azərbaycanın canına zəli kimi darışmışdılar.

Reutt hərbi hissənin 42-ci polkunun komandiri idi. Bu hissə Azərbaycan torpağında ağılasığmaz hərəkətlər etmişdi. Yalnız Qarabağ bölgəsində bu polkun doqquz rotası saxlanılırdı.

Reutt Şuşaya polkun 5 rotası ilə daxil olduğindan qərərgahı da burada yaratmışdı. Odur ki, Şuşaya olan hücumları genersl çox asanlıqla dəf edə bilirdi. Belə döyüşlərdən biri 1826-cı il iyulun 25-də oldu. Artıq o bu vaxt Şuşanın komendantı idi.

Rus generalının Şuşada törətdiyi qanlı hərəkətlər emənilər tərəfindən idarə olunurdu. Bu cəhətdən general çox asanlıqla dəf edə bilirdi. Belə döyüşlərdən biri 1826-cı il iyulun 25-də oldu. Artıq o bu vaxt Şuşanın komendantı idi.

Rus generalınn Şuşada törətdiyi qanlı hərəkətlər ermənilər tərəfindən idarə olunurdu. Bu cəhətdən general V. Q. Madatov daha çox fəallıq göstərirdi. O, Şuşadan müsəlmanların çıxarılmasına, bu gözəl şəhərin xristianlaşdırılmasına çalışırdı.

General Reutt Şuşada komendant olduğu vaxt təkcə burada qalmaqla gününü keçirmirdi. O, həm də Qarabağ kəndlərini gəzirdi, əxlaqına xas olan bir təbiətlə əhaliyə əzab verir, əmlaklarını soyub-talayırdı. Əldə etdiyi varidat hesabına Şuşada yaşayan zabit ailələri saxlayırdı. Bu talanlar Şuşada hərbiçilərin ehtiyaclarını ödəyirdi.

Reutt Qarbağda hər yerdə nəzarət qoymuşdu. Xan sarayını özünə qərərgah seçmişdi. Şəhərdəki səliqəli evlərdən yerli adamlar zorla çıxarılır, əvəzinə isə zabitlər maskunlaşırdılar. Rus generalı şəhərdə olan məscidləri belə müsəlmanların üzünə bağlamışdı. Ruslar məscidlərə qarşı istədiyi hərəkəti edirdilər.

Reuttun Qarabağda törəttdiyi cinayətlərə qarşı çıxan tapılmırdı. Etiraz səsini qaldıranlar isə dərhal cəza alır, yaxud Şuşadan çıxarılırdı. O burada mütləq hakim idi. Toz basmış arxiv sənədləri bu qəddar rus generalı barədı xeyli məlumatı hələ də özündə saxlayırdı.

42-ci Yeger polkunun komandiri polkovnik Reutt doqquz rotadan ibarət olan Qarabağdakı polkunun beş rotası ilə Şuşa qalasında sığınaq etmişdi. Bu qala bir az sonra, 1826-cı il iyulun 25-dən başlayaraq İran qoşunlarının əsas qüvvələri tərəfindən mühasirəyə alınmışdı. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 iyul tarixli raport (AKAK, c. VI, h. II, sənəd 651, səh. 357). Müqayisə et: N.Dubrovinin yuxarıda göstərilən əsəri, c. VI, səh. 635.

O, 9 oktyabr 1855-ci ildə Tiflisdə vəfat edib.


Tarix: 18.02.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 320 Bölmə: Ölkələrinə görə tarix
loading...