Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paraqvay vətəndaş müharibəsi (1922-1923)

Paraqvay vətəndaş müharibəsi (1922-1923) (isp. Guerra Civil Paraguaya de 1922-1923) .Bu Paraqvayda 1922-1923 ci illərdə ictimayi və siyasi qüvvələrin hərbi toqquşması olmuşdur.XX əsrdə ölkə ikinci dəfə Paraqvay vətəndaş müharibəsi (1947) baş verir.
Müharibədən öncəki vəziyyət
Paraqvay Respublikası 20 əsrin əvvəlində o digər Cənubi Amerika ölkələri arasında ən geri qalmış ölkə idi.Milli iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi.İxrac yox həddində idi.İxracatın əsası paraqvay çayı idi.Geriliyin səbəbi Paraqvay müharibəsi olur ki ,bu müharibə dövlətin kişi əhalisinin 90% həyatına son qoyur. Bununla belə ölkədə müxtəlif siyasi qüvvələr vardı.Siyasi elitanın əsasını iri torpaq sahibləri və Bankirlər idi.Dövlət idarəçiliyinə hərbi zabitlər güclü təsir göstərirdi.20-əsrin ilk on illiyi Liberal (Partiyası) on iliyi kimi düşür.Avqust inqilabı dövründə (1904-1922 ci illər ərzində) ölkədə 15 prezident və 21 hökumət dəyişikliyi baş verir.Mübarizə əsasən arasında gedirdi.Paraqvay silahlı qüvvələri də bu mübarizəyə qoşulurdu.

Parqvay ordusu və donanması
Paraqvay ordusu 5000 nəfərdən təşkil edilmişdi.Quru qoşunları 4batalyon ,kavalerlər və ayrı jandarm eskadronundan ibarət idi.Üstəlik iki artileriya batalyonu vardı.Donanma isə iki Kanoner qayığı və bir necə hərbi katerdən təşkil edilmişdi.Hərbi bölgü baxımında ölkədə dörd vilayət vardı:Enkanasone ,Paraquari,Vilyapine və Konsepone.Ordunun ən böyük rütbələri bir general və 5 pokovnik idi.Zabitlər əsasən Asunson hərbi ucilişində yetişdirilirdi.Orduya almanların təsiri hiss olunurdu. 1911-ci ildə Manuel Qondra artıq hakiniyyətdən getməki olur.Hərbi nazir olan Albino Xaray dönəmində dörd prezident dəyişikliyi baş verir.Eduardo Şerera prezident seçildikdən sonra Qondra hərbi nazir olur.Ancaq radikallar iki frakiyaya bölünür:Şereraçılar və Qondraçılar.1920-ci ildə Qondra yenədə prezident seçilir.Şereraçılar ona qarşı cıxır.29 oktyabr 1921-ci ildə hərbi nazir Adolfo Cirife quru qoşunlarının batalyonlarından istifadə edərək Qondranı istefa verrməyə vadar edirlər.Ancan vitse prezident Filiks Payva Cirifeni paytaxdan uzaq bölgəyə təyinat verir.Zabitlərin böyük əksəriyyəti Cirifeni dəstəkləyirlər.Cirifeni demək olarki bölgə ordu komandanlar:Mendosa və Bresuela dəstəkləyirdilər.Hərbi nazir Roxas və hərbi ucilişin rəhbəri Skenoni isə köküməti dəstəkləyirdi.

Tərəflərin gücləri
1922-ci ilim mayında Şirife ordunu paytaxta istiqamətləndirilir.Üsyançılar özlərini "Konsitutsyaçılar,hökuməti və onun tərəfdarlarını "Loyalistlər" adlandırırlar.İlk əvvəl üstünlük üsyançıların əlində idi.Üsyançılar 2quru qoşunları batalyonu,iki kavalerlər eskadronu,arılmıs quru qoşun bolüyü və iki dağ silahları ilə təhciz olunmuş batareya ümumulikdə 1700 nəfərə malik idilər.Ancaq ordu səpələnmiş olaraq ölənin müxtəlif bölgələrində idi.Hökumət qüvvələri isə plomyot vzvodu ,2 kavalerlər eskadronu və quru qoşunları bateryasına sahib olaraq 600 nəfər təşkil edirdi.Qüvvələr əsasən Asunsonda cəmləşmişdi.

Müharibənin gedişi
İlk toqquşmalar 8 iyun 1922-ci ildə baş verir.Loyalıstlər kavalerlərin bütün gücündən istifadə edərək üsyançıları geri oturtmağa müvvəfəq olur.Həncinin şəhərin müdafisində həmkarlar ittifaqının təşkilatlığı ilə 1000 könüllünün köməyi də az rol oynamırdı.Bu toqquşmadan sonra üsyançılar ölkənin cənub-şərqinə sıxışdırılır (Yaquron və Paraquari şəhərləri).Şirife əlavə quru qoşunları batalyonun gəlməsini gözlədiyi halda Hökümət bunun qarşısını almaq üçün döyüşdə ilk dəfə olaraq aviasiyanı tətbiq edir.Onun 1 qırıçı SPAD Herbemont S.XX,2 kəşfiyyat təyyarəsi SMAL A:3,2 Qırıçı Bonbardımançı Alonso SVA 5 və Bonbardımançı Alonsa SVA 10 vardı ki,onları ingilis və italyan təyyarəçilər idarə edirirdi.Hökumət ordu quruçuluğuna başlayır.Quru,kavalerlər və artileriya hissələri yaradılır.31 iyul 1922-ci ildə Loyalistlər Vilyarika şəhərinə qoşun yeridir.Avqust ayında loyalistlərin ordusunda 190mm li topları ilə təhciz edilmiş zirehli vaqonlar peyda olur.Cirife tərəfində Argentinaya məxsus 3 təyyarə iki Ansoldo SVA 5,bir Ansaldo 10 vuruşurdu.Bu təyyarələrdə ikisi Loyalistlər tərəfindən ələ keçirilir.1923-ci ilin 18 mayında Cirişe ölür ,onu Mendosa əvəz edir.O isə Leolistlərin əlində olan şəhərləri dolanaraq Asunsona daxil olma planını irəli sürür.Bu plan 9 iyul 1923 -ci ildə gecə vaxtı həyata keçirilir.Şəhər ələ keçirilsədə bütün silah-sursat əvvəlcədən cıxarılır.Şəhər azad edilərək düşmən Argentina sərhədinə sıxışdırılır.Konstitutsiyaçılar silahı yerə qoyaraq təslim olurlar və bununlada müharibə bitir.

Nəticə
Vətəndaş müharibəsi nəticəsində iqtisadiyyata ağır zərbə vurulur.Ancaq qüclu ordu yaranır.Müharibə Parqvay ordusunda təcrübəli zabitlər yetişir.10-il sonra baş verən və güclü düşməni Boliviya ilə Chaco Müharibəsində Paraqvayın qalibiyyətinə təsir göstərir.


Tarix: 18.02.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Ölkələrinə görə tarix
loading...