Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənimki söz qəsri, söz qalasıdı....
Mənimki söz qəsri, söz qalasıdı....

Yoxdu yaş qorxusu sevilənlərə,
Doxsanın içində, yüzün içində.
Ürəyin nə qədər arzuları var,
Nə qədər istək var gözün içində.

Nə naxış gərəkdi, nə zər, daşıma,
Tale yazdığını yazar daşıma.
Söz olsun yaraşıq məzar daşıma,
Siz məni basdırın sözün içində,

Mənimki söz qəsri, söz qalasıdı,
Söz Babək qalası, Bəzz qalasıdı.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində.


Tarix: 01.06.2015 / 11:38 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Zəlimxan Yaqub
loading...