Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Yol görmək

Yuxuda velosipeddə getmək o deməkdir ki, siz qoyulmuş məqsədə çox gec çatırsınız. Ola bilsin, böyük məbləğdə pul itirəsiniz. Əgər atda və yaxud arabada gedirsinizsə, bu o deməkdir ki, siz yaxın müddətdə çox böyük uğurlar əldə edəcəksiniz. Gənc qadına belə yuxu varlı bir gənc adamla tanışlığa işarədir. Bu tanışlıq evliliyə gətirib çıxara bilər. Əgər maşında sürətlə gedirsinizsə, deməli, siz ən pis vəziyyətdən belə çıxış yolu tapan adamsınız.

Yuxuda daşlı, naməlum yollarla səyahət etmək o deməkdir ki, yeni işlər və məşğuliyyət sizə çox böyük şeylər verəcək. Kənarında ağaclar və çiçəklər bitən yol gözlənilməz uğur deməkdir. Əgər bu yolu dostlarınızla gedirsinizsə uşaqlarınızın xoşbəxt olacağı və həyat yoldaşınızın sizə sadiq olacağı ailə gözləyir. Yuxuda yolunu azmaq o deməkdir ki, siz hansısa işin həllində səhvə yol verəcəksiniz və nəticədə maliyyə itkisi olacaq.

Yuxuda səhra yolla getmək – həyatda nəyisə gizlətdiyinizə işarədir. Bu isə əbəs yerədir. Yalnız hansısa insanın işlərinizə müdaxiləsi sizə yardım edəcək. Yuxuda yol çəkmək o deməkdir ki, gələcəkdə böyük işlər görməklə bir çox insanların hörmətini qazanacaqsınız.Yuxuda eyni zamanda üç paralel yol görmək – öz günahınız ucbatından avtomobil qəzasına uğraya bilərsiniz. Bu yuxuda üç rəqəmi bir çox mənalarda yozula bilər: 1) qəzada xəsarət insanların sayı üç ola bilər. 2) qəzada üç maşın toqquşa bilər; 3) qəza üç yol ayrıcında baş verə bilər. Yuxuda əyri yol görmək – gələcək həyatınız qeyri-sabit keçəcək. Ola bilsin ki, səriştəsiz adamın idarə etdiyi dövlətdə yaşayacaqsınız. Bu insan siyasət və iqtisadiyyat sahəsini yaxşı bilmədiyinə görə, dövlət tədricən süquta uğrayır. Yuxuda tozlu yolda getmək gələcəkdə sizi öz təriqətlərinə cəlb etmək istəyən ağılsız insanların əsarəti altına düşəcəksiniz. Yuxuda dar yol görmək yaxşı əlamətdir. Siz başqalarından fərqli olsa da düzgün yolla irəliləyirsiniz. Bu yuxu həyatında böyük uğurlar qazanan ağıllı şəxsiyyət olduğunuzdan xəbər verir. Daşlı-kəsəkli yollarla getmək – həyatda peşman olacağınız səhv hərəkət edəcəyinizə işarədir.Etdiyiniz bu səhv hərəkətə görə öldükdən sonra hətta cəhənnəmə düşəcəyinizə əminsiniz.

Yuxuda əyri yol görmək sizin düşüncə və hərəkətlərinizin daha yaxşı olmasını arzu etdiyinizə açıq işarədir. Siz həyatda düzgün olmayan yolla irəliləyirsiniz. Əgər fikrinizdən dönməsəniz, onda sizi iki yol gözləyir: qəbiristanlıq və ya həbsxana. Geniş düz yol görmək həyatda düzgün, lakin o qədər də asan olmayan yoldasınız.Bir müddətdən sonra sabit işiniz, davamli maddi vəziyyətiniz və sevimli ailəniz olacaq. Yuxuda səhralıqda yol getmək real həyatda tənha olduğunuzu və çox ciddi həyəcan keçirdiyinizə işarədir. Sizə elə gəlir ki, sizi heç kim anlamır və sevmir, lakin bu qətiyyən belə deyil. Alalaha üz tutaraq sakitlik tapın və həyatınız yoluna düşəcək. Yuxuda yol çəkmək möhkəm xarakteriniz və inadlı əməyiniz sayəsində bu həyatda yüksəkliyə çatacaq və həqiqətən böyük insan olacaqsınız. Lakin yüksək məncəbə çatarkən, öz ağır vaxtlarınızı unutmayaraq yaxınlarınızdan üz çevirməyin. Yuxuda tozlu yolla getmək ətrafınızda sizə istənilən üsulla zərər vurmağa çalışan çoxlu yalançı və pis adamların olduğunu, onların yaxınlarınızın gözündə təmiz adınızı ləkələmək istədiklərini göstərir. Yuxuda dar cığır görmək şöhrətə, sabit həyata və maddi vəziyyətə doğru çətin yol keçməli olduğunuzu göstərir. Lakin əvvəl-axır hər şey yoluna düşəcək. Çaylaq daşı döşənmiş yolla getmək qarşınıza qoyduğunuz məqsədə doğru yavaş, lakin doğru yolda olmanız deməkdir.

Yuxuda uzanıb gedən yol görmək və ya uzun asfalt yolla yerimək-işlərinizdə böhranlı və sıxıntılı bir dövrün yetişdiyinə və buna görə də bir qərara gəlməyin, diqqətli və ehtiyatlı olmağın gərəkliyinə işarə sayılır. Dağlar arasında geniş yol görmək-hər cür narahatlıq və sıxıntıdan qurtulmağa, yaxud uzun bir yolçuluğa yozulur.


Tarix: 08.01.2015 / 16:22 Müəllif: Ebulfez Baxılıb: 352 Bölmə: Y hərfi
loading...