Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümid qapısında.....
Ümid qapısında.....

Qayrar, gözlərimi özumə qaytar.
Gözundə həbs olub, qara gözlərim
Min bəla gətirdin başıma mənim,
Qaytar, urəyimi özumə qaytar.
O ilıq nəfəsin qalıb canımda,
Sellərtək çağlayır, axır qanımda.
Sən ki bələ gündə yoxsan yanımda,
Qaytar, ürəyimi özümə qaytar.
Gərək bəxt adamı yadına salsın,
Küsüb ağlayanda könlünü alsın.
Nəyi vərmişəmsə qoy səndə qalsın,
Qaytar, ürəyimi özümə qaytar.
Bir gün üzə gülüb, xoş dindirmədin,
Qəlbimi ovudub sevindirmədin,
əzəldən sən mənə huzur vərmədin,
Qaytar, ürəyimi özümə qaytar.
Dövran imtahana çəkir Vəfanı,
Səngimək bilməyir eşqin tufanı.
Mən cəfanı çəkdim, yadlar səfanı,
Qaytar, ürəyimi özumə qaytar.


Tarix: 04.06.2015 / 17:51 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Xuraman Vəfa
loading...