Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedək....
Gedək....

Dolanaq eşqin başına,
Pərvanətək yanaq, gedək.
Dostlardan, aydan, günəşdən,
Sevgimizi danaq, gedək.

Yollar qovuşdurub bizi,
Əldən salaq yolu, izi.
Yolüsü ilk sevgimizi
Gülə-gülə anaq, gedək.

Bəxtimizin rəngi hara-
Biz də elə gedək ora.
“Gecə qara, cücə qara”,
Gəl, gecəyə qonaq gedək.


Tarix: 01.06.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Xuraman Hüseynzadə
loading...