beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt bir evlilik üçün kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?Xoşbəxt bir evlilik üçü

İngiltərəli elm adamlarının araşdırmaları maraqlı nəticə vermişdir. Buna əsasən ailədə xoşbəxtliyin təmin olunması üçün kişi özündən beş yaş kiçik qadınla evlənməlidir.Bath universitetində evli olan və ya münasibətlərində ciddi olan 1500-dən çox cütlüklə görüşlər keçirilmiş və onlara müxtəlif suallar ünvanlanmışdır.

İlk görüşdən 5 il keçdikdən sonra həmin cütlüklərdən 1000-i ilə yenidən görüş təşkil edilmişdir. Bu zaman maraqlı faktlar ortaya çıxmışdır. Ərindən yaşca böyük olan cütlüklərdə eyni yaşda olan cütlüklərə nisbətən boşanmalar 3 dəfə çox baş verir. Eyni zamanda qadının yaxşı təhsil alması da xoşbəxtliyi artıran faktorlardan biri kimi vurğulanmışdır.
Başqa bir sosial araşdırmada isə keçmişdə boşanmış qadın və kişinin birlikdəki münasibətlərinin də uzun müddətli olma ehtimalının yüksək olduğunu söyləməyə əsas vermişdir.


Tarix: 25.12.2014 / 18:25 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Xoşbəxt ailə