Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Xaç görmək

Yuxuda xaç görmək sizi gözləyən bədbəxtliyə işarədir. Yuxuda xaçı öpmək o deməkdir ki, bədbəxtliyi möhkəm və dözümlü şəkildə qarşılayaqsınız. Gənc qadın əlində xaç saxlayırsa, hərəkətində ciddi və xeyirxah olmaqla başqalarının hörmətini qazanacaq. Əlində xaç tutan adam yuxunuza giribsə, bilin ki, bu yuxu sizi xeyriyyəçilik və digərlərinə qayğı göstərməyə çağırır.

——-

Xaç- xilaskarlıq, sınaq, təcrübə, ümid əlamətidir. Yuxuda xaç görmək o deməkdir ki, uzun və ağır iztirablara mübtəla olcaqsınız. Yuxuda kilsə xaçı görmək – pis, səhv hərəkətləriniz mənəvi əzab çəkməyinizə səbəb olacaq. Yuxuda əlinizdə xaç tutmusunuzsa, ən asan deyil, şərəfli həyat yolunu seçmisiniz.Yuxuda caynağında xaç aparan qartal görmək – qüdrətli imperiyanın təcavüzünə işarədir.Yuxuda boynunuza xaç taxmısınızsa, yaxınlarınızdan kiminsə sizdən yardım istəyəcəyinə və bunun sizin üçün pis nəticələr verəcəyinə işarədir. Yuxuda yanan xaç görmək – təhlükədən xəbər verir. Lövbərə oxşayan xaç görmək daxili etiraz əlamətidir.

——-

Yuxuda bu rəmz əfv, şərdən müdafiə, yenilənmə deməkdir. Yuxuda boynunuzdan xaç olan zəncir asdığınızı görmək tövbə, hamı tərəfindən bağışlanma və yaxınlarına sevgi deməkdir. Yuxuda keşişin sizə xaç vurduğunu və boynunuzdan xaç asdığını görmək real həyatda qoruyucu mələyinizin siz bədbəxtliklərdən qoruyacağına işarədir. Yuxuda qızıl, parlayan xaç görmək həyatda pislikləri unutmaq və bağışlamaq kimim zəruri keyfiyyətə malik olduğunuz deməkdir. Yuxuda qəbiristanlıqda və üzərində böyük xaç olan qəbirin önündə dayandığını görmək o deməkdir ki, siz reallıqda mütləq xeyirxah işlər görməlisiniz, çünki pis əməllər mütləq ali qüvvə tərəfindən cəzalandırılacaq.Ayıqlıqda siz bu həqiqətin ədalətli olması fikrindən daşınmısınız.


Tarix: 23.11.2014 / 14:53 Müəllif: Ebulfez Baxılıb: 78 Bölmə: X hərfi
loading...